XƏBƏR LENTİ
16 Aprel 2024
15 Aprel 2024
14 Aprel 2024
13 Aprel 2024
12 Aprel 2024



OCEP məktəbliləri Özbəkistana səfər ediblər
İdman 10:45 / 26.03.2023

Milli Olimpiya Komitəsinin (MOK) "Olimpiya mədəniyyəti və təhsil proqramı” (OCEP) layihəsi çərçivəsində Bakı şəhəri 53 nömrəli tam orta məktəbin şagirdlərinin Özbəkistan səfəri baş tutub. Səfər zamanı Özbəkistan MOK-un beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Erqaşev Kamoliddin Azərbaycan nümayəndə heyəti ilə görüşüb. Özbəkistan MOK-un rəsmisi ölkənin idman tarixi, idmançıları ilə bağlı məlumat verib. Məktəblilər üçün MOK-un inzibati binasına ekskursiya da təşkil olunub.

OCEP məktəbliləri Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində yerləşən Heydər Əliyev adına Mədəniyyət Mərkəzinə də baş çəkiblər. Mərkəzin rəhbəri Samir Abbasov şagirdlərə görülən işlər haqda məlumat verib. Azərbaycan və özbək xalqlarını birləşdirən milli adət-ənənələr ilə tanış olan Azərbaycan məktəblilərinin hazırladıqları bədii kompozisiya hər kəsi heyran edib və tədbirə xüsusi ab-hava qatıb.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev də OCEP məktəbliləri ilə görüşüb. Onların səfər gündəliyi ilə tanış olub və OCEP layihəsi çərçivəsində Özbəkistan məktəbi ilə aparılacaq işlərlə maraqlanıb.

Səfər zamanı Bakı şəhəri 53 nömrəli tam orta məktəblə Daşkənddə yerləşən Əl-Biruni adına Beynəlxalq məktəb arasında memorandum imzalanıb. Özbəkistan məktəbinin direktoru Həsən Həsənovla qardaşlaşmış məktəblərin gələcək əməkdaşlığı müzakirə olunub.

Qeyd edək ki, Milli Olimpiya Komitəsinin "OCEP” layihəsi çərçivəsində Bakı şəhər 53 nömrəli tam orta məktəbin müəllim və şagird heyəti ilə yanaşı, MOK-un Beynəlxalq Proqramlar İdarəsinin məsləhətçisi Ceyhun Rəhmanov, OCEP layihəsi üzrə koordinator Namiq Cəfərov da Daşkənddə səfərdə olublar.


7432 oxunub

InvestAZ