XƏBƏR LENTİ
13 Yanvar 2026
12 Yanvar 2026
09 Yanvar 2026
08 Yanvar 2026
07 Yanvar 2026
06 Yanvar 2026
05 Yanvar 2026
03 Yanvar 2026
01 Yanvar 2026
29 Dekabr 2025



“Australian Open” turnirində erməni təxribatı
İdman 11:15 / 22.01.2023

"Böyük dəbilqə” seriyalı "Australian Open” tennis turnirində xoşagəlməz hadisə baş verib. Kişilərin yarışında 1/16 final oyununa çıxan erməni əsilli Rusiya təmsilçisi Karen Xaçanov etdiyi mənfur hərəkətlə diqqət çəkib. Belə ki, K.Xaçanov ABŞ-dan olan rəqibi Frensis Tiafonu 3:1 hesabı ilə məğlub etdikdən sonra qələbə sevinci adı ilə kameraya ürək sözlərini yazıb.

Azərbaycan Tennis Federasiyasındanbildirilib ki, o, obyektivin üzərinə "Artsax, möhkəm ol” sözlərini qeyd edib. Əslində, tennisçilər üçün kameranın obyektivi üzərinə qələbə sevinci ilə bağlı öz ürək sözlərini yazmaq adət halını alsa da, K.Xaçanov bundan öz məkrli planını həyata keçirmək üçün istifadə edib.

Azərbaycan Tennis Federasiyası bu təxribatın yolverilməz olduğunu nəzərə alaraq Beynəlxalq Tennis Federasiyasına (ITF) etiraz məktubu göndərib. Məktubda ölkəmizə qarşı yönəlmiş təxribatla bağlı faktlar və hüquqi sənədlər təqdim olunub. Azərbaycan Tennis Federasiyası bu hadisəni pisləyir və bir daha belə halın yaşanmaması üçün həmin tennisçinin cəzalanması, həmçinin gələcəkdə də bu cür hadisələrin olmaması üçün sözügedən qurumdan daha sərt tədbirlərin görülməsi tələb olunub.


28980 oxunub

InvestAZ