XƏBƏR LENTİ
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025



Padel tennis kortunun açılışı olub
İdman 12:39 / 24.12.2022

Su İdman Sarayının nəzdində padel tennis kortunun açılışı olub. Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov və qurumun digər əməkdaşları iştirak ediblər. Açılış mərasimindən sonra F.Qayıbov və nazirliyin əməkdaşlarından ibarət iki rəmzi komanda formalaşıb və onlar öz aralarında formal oyun keçiriblər.

Qeyd edək ki, padel tennis yeni yaranmış idman növüdür və özündə bir neçə növü birləşdirir. Bunlar tennis, stolüstü tennis və badmintondur. Hesab qaydası adi tennislə eynidir və istifadə olunan toplar oxşardır. Əsas fərq odur ki, burada istifadə olunan kortun divarları var və top həmin yerlərə dəyib meydançaya qayıda bilər.



22293 oxunub

InvestAZ