XƏBƏR LENTİ
15 Sentyabr 2025
14 Sentyabr 2025
13 Sentyabr 2025
12 Sentyabr 2025
11 Sentyabr 2025
10 Sentyabr 2025
09 Sentyabr 2025



Misli Premyer Liqasında dördüncü tura yekun vurulur
İdman 14:27 / 14.09.2025

Bu gün futbol üzrə Misli Premyer Liqasında IV tura iki oyunla yekun vurulacaq. Günün ilkoyunuŞamaxı şəhər stadionunda təşkil olunacaq."Şamaxı" klubu doğma azarkeşlər önündə "Karvan-Yevlax" klubu ilə üz-üzə gələcək. Saat 16:30-da başlayacaq oyunu Fərid Hacıyev idarə edəcək. üç turdan sonra aktivində 4 xalı olan Yevlax təmsilçisi yeddinci, "Şamaxı" klubu isə 2 xalla doqquzuncudur.

Turun son oyunu Bakıda "Neftçi Arena"da baş tutacaq."Neftçi" komandası doğma meydanda"Sabah"ı qonaq edəcək. Saat 19:00-da başlayacaq oyunun baş hakimiİnqilab Məmmədov olacaq. Bir oyun az keçirən "Sabah" 3 xalla 8-ci, aktivində 2 xalı olan "Neftçi" isə 10-cudur.


897 oxunub

InvestAZ