XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Çempionlar Liqası: gecənin səssizliyi oyunlara təsir etdi
Foto 09:15 / 20.02.2019
 
Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları davam edir.
Ötən gecə daha iki qarşılaşma keçirilib. "Liverpul" doğma meydanda "Bavariya"nı,  "Lion" isə "Barselona"nı qəbul edir. Hər iki görüşdə qapılara top vurulmayıb. Səfərdə qolsuz heç-heçə ilə razılaşan "Barselona" və "Bavariya" doğma azarkeşlər önündə ¼ mərhələni keçmək niyyətindədir.
 
Qeyd edək ki, bu komandalar arasında cavab matçları martın 14-də keçiriləcək.
 
Qeyd edək ki, 1/8 finalın mərhələsinin ilk oyunlarına fevralın 20-də "Şalke" - "Mançester Siti" və "Atletiko" - "Yuventus" görüşləri ilə yekun vurulacaq.
 
Çempionlar Liqası
 
1/8 final, ilk oyunlar
 
19 fevral
 
"Liverpul" (İngiltərə) - "Bavariya" (Almaniya) - 0:0
Baş hakim: Canluka Rokki (İtaliya)
Liverpul. "Enfild Roud" stadionu
 
"Lion" (Fransa) - "Barselona" (İspaniya) - 0:0
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Lion. "Olimpik Lion" stadionu
 
 

47571 oxunub

InvestAZ