XƏBƏR LENTİ
24 Oktyabr 2025
23 Oktyabr 2025
22 Oktyabr 2025
21 Oktyabr 2025
20 Oktyabr 2025
19 Oktyabr 2025



Bu gün voleybol üzrə Azərbaycan Kubokunun qalibləri müəyyənləşəcək
İdman 10:08 / 04.11.2024

Bu gün voleybol üzrə Azərbaycan Kubokunda qaliblər müəyyənləşəcək.

"Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan yarışda kişilər və qadınların mübarizəsində final matçları keçiriləcək.

Kişilərin turnirində həlledici oyunda "Azərreyl" klubu "Xilasedici” ilə üz-üzə gələcək. Qarşılaşma saat 16:00-da start götürəcək.

Qadınlarda isə "Gəncə" və "Abşeron" komandaları münasibətlərə aydınlıq gətirəcək. Bu görüş saat 18:00-da başlayacaq.

Final matçlarından sonra mükafatlandırma və yarışın bağlanış mərasimi təşkil olunacaq. Oyunlar Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində gerçəkləşəcək.


11536 oxunub

InvestAZ