XƏBƏR LENTİ
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026



Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarının açılış mərasimi başlayıb
İdman 23:03 / 06.02.2026

Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimi başlayıb.
Olimpiyadunyasi.com xəbər verir ki, Milandakı məşhur "San Siro” stadionunda təşkil olunan tədbir Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan 11-ci sırada keçəcək. Üçrəngli bayrağımızı dağ xizəkçisi Anastasiya Papatoma və fiqurlu konkisürən Vladimir Litvintsev daşıyacaq.
Açılış mərasimini Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev və Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev də izləyir.
Qeyd edək ki, XXV Qış Olimpiya Oyunlarında 92 ölkədən 3 minə yaxın idmançı iştirak edir. İdmançılar Oyunlarda 16 idman növü üzrə 116 medal dəsti uğrunda yarışacaq.
Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.

​​​​​​​



4178 oxunub

InvestAZ