XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



Bu gün İtaliyada Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək
İdman 10:22 / 06.02.2026

Bu gün İtaliyanın Milan şəhərində XXV Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimi keçiriləcək.

Olimpiyadunyasi.com xəbər verir ki, məşhur "San Siro” stadionunda təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 23:00-da başlayacaq və bununla da Oyunlar rəsmi olaraqaçıq elan ediləcək. Açılış mərasimi Olimpiya Oyunları tarixində yeniliklə yadda qalacaq.Belə ki, ilk dəfə olaraq iki Olimpiya məşəli alovlandırılacaq. Məşəllərdən biri Milanda Sülh Tağının yaxınlığında, digəri isə Kortina d’Ampetsoda Piatsa Dibona meydanında yerləşdiriləcək.

Qeyd edək ki, bu mötəbər idman yarışında Azərbaycanı iki idmançı -dağ xizəkçisi Anastasiya Papatoma və fiqurlu konkisürən Vladimir Litvintsev təmsil edəcək.

Xatırladaq ki, bu, Azərbaycan idmançılarının Qış Olimpiya Oyunlarında səkkizinci iştirakı olacaq. Ölkəmiz müstəqil dövlət kimi ilk dəfə 1998-ci ildə Yaponiyanın Naqano şəhərində keçirilən Qış Olimpiya Oyunlarında təmsil olunub. Komandamızın indiyədək ən yüksək nəticəsi 2014-cü ildə Rusiyanın Soçi şəhərində qeydə alınıb.

Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.


4055 oxunub

InvestAZ