XƏBƏR LENTİ
02 Fevral 2026
29 Yanvar 2026
28 Yanvar 2026
27 Yanvar 2026
23 Yanvar 2026
22 Yanvar 2026



Kişi boksçularımız ilin ilk hazırlığına başlayıb
İdman 16:16 / 02.02.2026

Kişi boksçulardan ibarət Azərbaycan milli komandası yeni ilin ilk təlim-məşq toplanışına start verib.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Ravşan Xocayevin baş məşqçisi olduğu yığmamız hazırlığa Bakıda başlayıb.

Məşqçilər korpusu toplanışa Azərbaycan çempionatının bütün mükafatçılarını cəlb edib. Bakı Boks Mərkəzində keçirilən məşqlərdə əsas diqqət ümumi fiziki hazırlığa yönələcək.

Qeyd edək ki, hazırlıq fevralın 20-də yekunlaşacaq.


176 oxunub

InvestAZ