XƏBƏR LENTİ
30 Aprel 2026
28 Aprel 2026
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026



Çinin Hunan əyalətinin nümayəndə heyəti Azərbaycan İdman Akademiyasında olub
İdman 10:20 / 13.03.2026

Çin Xalq Respublikasının Hunan əyalətinin Xarici İşlər nümayəndə heyəti Azərbaycan İdman Akademiyasında (AİA) olub.

Qonaqlar Akademiyada fəaliyyət göstərən İdman tibbi tədqiqatları laboratoriyası və MediaLab-da yaradılmış müasir infrastruktur və tədris imkanları ilə tanış olublar.

Sonra AİA-nın rektoru Fuad Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə qonaqlar arasında görüş keçirilib. Su Langın rəhbərlik etdiyi nümayəndə heyəti ilə aparılan müzakirələrdə Çinin Hunan əyalətinin ali təhsil müəssisələri ilə (Central South University və Hunan University) əməkdaşlıq əlaqələrinin qurulması, müəllim və tələbə mübadiləsi proqramlarının həyata keçirilməsi, həmçinin süni intellekt əsaslı yeni tətbiqi proqramların idman sahəsində model kimi tətbiqi istiqamətində fikir mübadiləsi aparılıb. Tərəflər gələcəkdə birgə layihələrin hazırlanması, akademik və elmi əməkdaşlığın genişləndirilməsi, eləcə də innovativ təşəbbüslərin dəstəklənməsi istiqamətində qarşılıqlı maraq ifadə ediblər.


3158 oxunub

InvestAZ