XƏBƏR LENTİ
11 Fevral 2026
10 Fevral 2026
09 Fevral 2026



Cüdoçularımız beynəlxalq turniri 11 medalla başa vurublar 
İdman 14:27 / 02.02.2026

Belçikada keçirilən cüdo üzrə Beynəlxalq Açıq Turnirə yekun vurulub.

İkinci yarış günündə Azərbaycan cüdoçuları aktivlərinə daha 4 medal yazdırıblar.

Vise şəhərində təşkil olunan kişilərin mübarizəsində Yaşar Nəcəfov (-66 kq) tatamiyə çıxdığı bütün görüşlərdən qalib ayrılaraq qızıl medal əldə edib. Eyni çəki dərəcəsində Tofiq Məmmədov (-66 kq) bürünc mükafata layiq görülüb. Cəsur İbadlı (-81 kq) da üçüncü yeri tutub. Herstal şəhərində təşkil olunan qadınların yarışında isə Gültac Məmmədəliyeva (-52 kq) bürünc medala yiyələnib.

Beləliklə, Azərbaycan millisi turniri 3 qızıl, 2 gümüş və 6 bürünc olmaqla ümumilikdə 11 medalla başa vurub.

Qeyd edək ki, ilk yarış günündə Murad Muradlı (-60 kq), Camal Feyziyev (+100 kq) qızıl, Əbil Yusubov (-73 kq), Zelim Tçkayev (-90 kq) gümüş, Fərid Qarayev (-60 kq), Kamran Süleymanov (-73 kq) və Ramazan Əhmədov (+100 kq) bürünc medal qazanmışdı.


1557 oxunub

InvestAZ