XƏBƏR LENTİ
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026



Milan-Kortina-2026: Azərbaycan nümayəndə heyəti paraddan keçib
İdman 23:43 / 06.02.2026
İtaliyada təşkil olunan Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimi davam edir.
Olimpiyadunyasi.com xəbər verir ki, Milandakı məşhur "San Siro” stadionunda təşkil olunan tədbirdə idmançıların rəsmi paradı olub. Azərbaycan nümayəndə heyəti paraddan 11-ci sırada keçib. Mərasimdə Dövlət bayrağını dağ xizəkçisi Anastasiya Papatoma və fiqurlu konkisürən Vladimir Litvintsev daşıyıb. Tamaşaçılar önündən olimpiadanın vətəni Yunanıstan birinci keçib.
Açılış mərasimini Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev və Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev də izləyir.
Qeyd edək ki, Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarına fevralın 22-də Veronanın məşhur amfiteatrında keçiriləcək bağlanış mərasimi ilə yekun vurulacaq.
4739 oxunub

InvestAZ