XƏBƏR LENTİ
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026



Cəlilabadda ağırlıqqaldırma yarışı keçirilib
İdman 13:41 / 02.02.2026

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin, Ümid Qasımzadə adına AAİK İB (Ümid İK) birgə təşkilatçılığı ilə ağırlıqqaldırma idman növü üzrə yeniyetmələr arasında Cəlilabad rayon Uşaq-Gənclər İdman Məktəbinin birinciliyi keçirilib. 

Cəlilabad rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbinin idman bazasında keçirilən və iki gün davam edən yarışlarda 8 çəki dərəcəsi üzrə 32 idmançı mübarizə aparıb. 

Yarışdan qalib çıxan idmançılar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif olunublar.

Məlumat üçün bildirək ki, birincilikdə Vətən müharibəsi şəhidi Ümid Qasımzadə adına idman klubunun idmançıları da iştirak ediblər.


3185 oxunub

InvestAZ