XƏBƏR LENTİ
02 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025
19 İyun 2025



Dünya Güləş Birliyi Paris Olimpiadası üçün lisenziya reqlamentini açıqlayıb
İdman 10:50 / 29.09.2022
Dünya Güləş Birliyi (UWW) Paris-2024 üçün təsnifat reqlamentini açıqlayıb. Tokio Olimpiadasında olduğu kimi, qarşıdan gələn Olimpiya Oyunlarında da 18 (6 sərbəst, 6 yunan-Roma, 6 qadın güləşi) çəkidə 288 idmançı çıxış edəcək. Hər kateqoriyada 16 güləşçi mübarizə aparacaq.
Yenə hər ölkənin idmançıları üçün 3 lisenziya turniri olimpiadaya vəsiqə qazanmaq şansı verəcək. 2023-cü ilin sentyabrın 16-dən 2024-cü ilin mayın 12-dək - 8 aylıq müddətdə 288 lisenziya sahibini tapacaq.
İlk lisenziya yarışı gələn ilin sentyabrında keçiriləcək dünya çempionatı olacaq. Bu dəfə fərq ondadır ki, hər olimpiya çəkisində 6 yox, 5 idmançı "Paris-2024”də iştirak hüququ əldə edəcək. Medal qazanan idmançılarla yanaşı, bürünc medal görüşündə məğlub olan 2 güləşçi arasında keçiriləcək qarşılaşmanın qalibi Olimpiya Oyunlarına vəsiqə qazanacaq.
2024-cü ildə isə əvvəlcə hər qitə üzrə təsnifat turnirlərinin finalçıları Olimpiadada yerini təmin edəcək. Sonuncu lisenziya yarışı mayda baş tutacaq. Dünya Təsnifat turnirində hər çəkidə 3 idmançı Paris-2024-ə bilet əldə edəcək. Finalçılarla yanaşı, 3-cü yer uğrunda görüşün qalibi lisenziya qazanacaq. Bununla da Olimpiya Oyunlarının bütün iştirakçıları müəyyənləşəcək.

22454 oxunub

InvestAZ