XƏBƏR LENTİ
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026
09 Yanvar 2026
08 Yanvar 2026
07 Yanvar 2026
06 Yanvar 2026
05 Yanvar 2026
03 Yanvar 2026
01 Yanvar 2026
29 Dekabr 2025



Boksçularımız beynəlxalq turniri 4 medalla başa vurdular
İdman 12:10 / 16.09.2022

ABŞ-ın Pueblo şəhərində boks üzrə təşkil olunan beynəlxalq turnirdə final döyüşləri keçirilib. Bildiriblər ki, yığmamızla yanaşı, ev sahibləri, Çin, Almaniya, Puerto-Riko və Filippin millilərinin qatıldığı yarışda komandamızın üç idmançısı həlledici döyüşə çıxıb.

Boksçularımızdan bütün rəqiblərinə qalib gələn Ümid Rüstəmov (57 kq) çempion tituluna yiyələnib. Ardıcıl olaraq çinlilər – Xinyan Vanq və Ping Lyunu məğlub edən həmyerlimiz finalda Julius Ballo (ABŞ) ilə üz-üzə gəlib. Yerli idmançı ilə gərgin keçən döyüşdə 3:2 hesabı qələbə qazanan Ü.Rüstəmov qızıl medala yiyələnib.

Əlli bir kiloqram çəki dərəcəsində mübarizə aparan Məsud Yusifzadə finalda çinli Xinminq Ma ilə qarşılaşıb. Döyüş rəqibin qələbəsi ilə başa çatdığından boksçumuz gümüş medala sahib olub.

Məhəmməd Abdullayev (+92 kq) də turniri ikinci yerdə bitirib. Dünya çempionatının mükafatçısı qızıl medal uğrunda son Avropa çempionu olan almaniyalı Nelvi Tiafakla döyüşüb və görüşdən rəqib üstün ayrılıb.

Beləliklə, yarışa altı boksçu ilə qatılan komandamız 1 qızıl, 2 gümüş və 1 bürünc medala yiyələnib. Yığmamızın heyətində üçüncü yeri bir gün öncə Nəbi İsgəndərov (71 kq) tutub.

Qeyd edək ki, avqustun 24-dən ABŞ-ın Kolorado ştatının Denver və Pueblo şəhərində təlim-məşq toplanışı keçən yığmamız sentyabrın 17-də Bakıya qayıdacaq.

25603 oxunub

InvestAZ