XƏBƏR LENTİ
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025



Bu gün Avropa Liqasında qrup mərhələsində ikinci turun oyunları keçiriləcək
İdman 13:22 / 15.09.2022
Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində ikinci tura start veriləcək. 8 qrupda ümumilikdə 15 görüş keçiriləcək. Azərbaycan çempionu "Qarabağ” doğma meydanda Fransanın "Nant” klubunu qəbul edəcək. Saat 20:45-də start götürəcək matçı albaniyalı hakimlər briqadası idarə edəcək. "Nant” ilk turda Yunanıstanın "Olimpiakos” komandasını məğlub edib - 2:1. "Qarabağ” isə Almaniyada "Frayburq”a eyni hesabla uduzub.
A qrupunun "Arsenal" (İngiltərə) - PSV (Niderland) matçı Böyük Britaniya kraliçası II Elizabetin vəfatı ilə əlaqədar oktyabrın 20-nə təxirə salınıb.
Günün oyunları aşağıdakılardır:
Qrup mərhələsi, ikinci tur
A qrupu
23:00 - "Budö Qlimt" (Norveç) - "Sürix" (İsveçrə)
Xal durumu: "Arsenal" - 3, "Budö Qlimt" - 1, PSV - 1, "Sürix" - 0
B qrupu
23:00 - "Dinamo" (Kiyev, Ukrayna) - AEK (Larnaka, Kipr)
23:00 - "Renn" (Fransa) - "Fənərbağça" (Türkiyə)
Xal durumu: "Renn" - 3, "Fənərbağça" - 3, "Dinamo" - 0, AEK - 0
C qrupu
23:00 - "Betis" (İspaniya) - "Lüdoqorets" (Bolqarıstan)
23:00 - "Roma" (İtaliya) - HİK (Finlandiya)
Xal durumu: "Betis" - 3, "Lüdoqorets" - 3, "Roma" - 0, HİK - 0
D qrupu
23:00 - "Braqa" (Portuqaliya) - "Yunion" (Berlin, Almaniya)
23:00 - "Yunion" (Belçika) - "Malmö" (İsveç)
Xal durumu: "Braqa" - 3, "Yunion" - 3, "Yunion" (Berlin) - 0, "Malmö" - 0
E qrupu
20:45 - "Şerif" (Moldova) - "Mançester Yunayted" (İngiltərə)
20:45 - "Real Sosyedad" (İspaniya) - "Omoniya" (Kipr)
Xal durumu: "Şerif" - 3, "Real Sosyedad" - 3, "Mançester Yunayted" - 0, "Omoniya" - 0
F qrupu
20:45 - "Midtüllan" (Danimarka) - "Latsio" (İtaliya)
20:45 - "Feyenoord" (Niderland) - "Şturm" (Avstriya)
Xal durumu: "Latsio" - 3, "Şturm" - 3, "Midtüllan" - 0, "Feyenoord" - 0
G qrupu
20:45 - "Olimpiakos" (Yunanıstan) - "Frayburq" (Almaniya)
20:45 - "Qarabağ" (Azərbaycan) - "Nant" (Fransa)
Xal durumu: "Frayburq" - 3, "Nant" - 3, "Qarabağ" - 0, "Olimpiakos" - 0
H qrupu
23:00 - "Trabzonspor" (Türkiyə) - "Srvena Zvezda" (Serbiya)
23:00 - "Monako" (Fransa) - "Ferentsvaroş" (Macarıstan)
Xal durumu: "Ferentsvaroş" - 3, "Monako" - 3, "Srvena Zvezda" - 0, "Trabzonspor" – 0.


19463 oxunub

InvestAZ