XƏBƏR LENTİ
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026



“Qəbələ” Premyer Liqaya qələbə ilə başladı
İdman 20:35 / 08.08.2022
Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk tura yekun vurulub. Son oyun günündə bir görüş keçirilib. Doqquz illik fasilədən sonra Azərbaycan Premyer Liqasına elitaya qayıdan "Turan Tovuz” öz meydanında "Qəbələ”ni qəbul edib. Tovuz şəhər stadionunda keçirilən görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa yekunlaşıb.

Bu oyunda Premyer Liqada VAR sistemi ilk dəfə hakimin köməyinə çatıb. 58-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən İsnik Alimi "Qəbələ”ni hesabda önə çıxarıb. Beş dəqiqə sonra isə Rafael Utziq komandasının üstünlüyünü möhkəmləndirib - 2:0.

Bu nəticədən sonra "Qəbələ” 3 xalla üçüncü pillədə qərarlaşıb. "Sabah”, "Qarabağ”, "Zirə” və "Neftçi” də eyni xala malikdir. Xalı olmayan "Turan Tovuz” isə doqquzuncu sırada qərarlaşıb.

29807 oxunub

InvestAZ