XƏBƏR LENTİ
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026



Cüdo üzrə Azərbaycan birinciliyinə start verildi
İdman 13:09 / 14.01.2022
Bu gün Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində cüdo üzrə U-18 qız və oğlan yeniyetmələr arasında Azərbaycan birinciliyinə start verilib. Yarış Azərbaycan Cüdo Federasiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir. Birincilikdə ölkənin müxtəlif rayon və şəhərlərindən olan klublar, cəmiyyətlər və idman təşkilatlarından 570-ə yaxın (479 oğlan, 89 qız) idmançı mübarizə aparır.
3 gün davam edəcək ölkə birinciliyində qızlar -36 kq, -40 kq, -44 kq,-48 kq, -52 kq, -57 kq, -63 kq,-70 kq, +70 kq, oğlanlar isə -46 kq, -50 kq, -55 kq, -60 kq, -66 kq, -73 kq, -81 kq, -90 kq, +90 kq çəki dərəcələrində güclərini sınayacaqlar. Azərbaycan Cüdo Federasiyasının qərarına əsasən keçirilən yarışlar çəki dərəcələrində iştirakçıların sayından asılı olaraq Olimpiya, dairəvi və ya qarışıq üsulla, təsəlliverici yarımfinalçılardan müəyyən olunacaq.
Qeyd edək ki, yarışın əsas məqsədi Azərbaycanda cüdonun coğrafiyasını genişləndirmək, yeniyetmələr arasında idmanın kütləvi təbliğinə və təşviqinə nail olmaq, eyni zamanda perspektivli namizədlərin yığma komandaya seçməkdir.


34573 oxunub

InvestAZ