XƏBƏR LENTİ
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026



Fərid Qayıbov Azərbaycan Autizm Assosiasiyasının üzvləri ilə görüşüb
İdman 09:32 / 12.01.2022

Yanvarın 11-də gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Autizm Assosiasiyasının üzvləri ilə görüşüb. Respublika Olimpiya Mərkəzində keçirilən görüşdə autizmlilərə verilən idman təliminin bir qismi nümayiş etdirilib.

Görüşdə qeyd olunub ki, autizmlilərin reabilitasiyasında idmanın çox böyük rolu var. Müxtəlif idman növləri üzrə (stolüstü tennis, atletika, velosiped idmanı, bocce və s.) təlimlər keçirilir.

Tədbirdə təlimlər və yarışlar barədə məlumat verilib. Fərid Qayıbov autizmli uşaqların idman məşğələlərinə cəlb edilməsi və reabilitasiyasına diqqətin artırılması mövzusunda mütəxəssislərlə fikir mübadiləsi aparıb.

Görüş çərçivəsində bocce idman növünün kiçik təqdimatı da olub.


32289 oxunub

InvestAZ