XƏBƏR LENTİ
23 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026



Tələbələrə “İdmanda dopinq nəzarəti” fənni tədris ediləcək
İdman 16:52 / 08.10.2021
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) "İdman menecmenti və kommunikasiya” ixtisası üzrə təhsil alan bakalavr tələbələrinə "İdmanda dopinq nəzarəti” seçmə fənni tədris ediləcək.
Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) "Report"a verilən məlumata görə, bu məqsədlə Akademiyanın Tibbi-bioloji elmlər kafedrasının müəllimləri üçün AMADA-nın mütəxəssisləri "Antidopinq tədris proqramı”nı həyata keçirilir.
Proqramı tamamlayan müəllimlər Akademiyada "İdmanda dopinq nəzarəti” fənnini tədris edəcəklər. Bundan əlavə, onlar antidopinq maarifləndirməsi ilə bağlı lazımi tədris materialları ilə təmin ediləcəklər.
Qeyd edək ki, AMADA bu sahədə ADBTİA ilə 2019-cu ildən əməkdaşlıq edir və magistr pilləsində təhsil alan tələbələr üçün AMADA-nın mütəxəssisləri tərəfindən antidopinq tədris proqramı keçirilib.

30167 oxunub

InvestAZ