XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Şəhid atletimizin xatirəsi respublika yarışı ilə yad ediləcək
İdman 12:40 / 07.10.2021
Gənclər və İdman Nazirliyinin və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə oktyabrın 10-da Astarada Vətən müharibəsi şəhidi Arif Qeybiyevin xatirəsinə həsr olunan atletika üzrə birinci respublika yarışı keçiriləcək. Yarışda respublikanın şəhər və rayonlarından 10-a yaxın komanda çıxış edəcək. Turnirin açılış mərasimində Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə, federasiyanın təmsilçiləri, Vətən müharibəsi qaziləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, Arif İsmayıl oğlu Qeybiyev 1997-ci il iyunun 6-da Astara rayonunun Səncərədi kəndində anadan olub. Orta məktəbdə təhsil aldığı illərdən atletika ilə fəal məşğul olmağa başlayan Arif Qeybiyev dəfələrlə respublika və rayon miqyaslı turnirlərdə fərqlənib. O, 2015-ci ildə I Avropa Oyunlarının iştirakçısı olub.

Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, tankçı Arif Qeybiyev Vətən müharibəsinin birinci günündəcə şəhidlik zirvəsinə ucalıb. Cəsur döyüşçü Astara rayonunun Ərçivan qəsəbəsində dəfn olunub. Arif Qeybiyev ölümündən sonra "Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” və "Cəsur döyüşçü” medalları ilə təltif edilib.

30659 oxunub

InvestAZ