XƏBƏR LENTİ
17 Sentyabr 2021
15 Sentyabr 2021
14 Sentyabr 2021
13 Sentyabr 2021
11 Sentyabr 2021
10 Sentyabr 2021
09 Sentyabr 2021
08 Sentyabr 2021



İdman Akademiyasının Yay Olimpiya oyunlarında qazandığı uğurlar (1952-2020)
İdman 13:53 / 13.09.2021
Bizim eradan 776 il əvvəl qədim Yunanıstanda (Elladada) belə bir adət mövcud idi: ölkənin hər tərəfinə ağ, bayram geyimli çaparlar göndərilirdi. Çaparlar ölkə əhalisinə sülhün bərqərar olması xəbərini çatdırır və onları Olimpiya şəhərində keçirilən bayrama dəvət edirdilər.

Beləliklə, 6-15 aprel 1896-cı ildə 14 ölkədən gəlmiş 245 idmançı təzə inşa olunmuş gözəl stadionda I Olimpiya oyunlarının 43 dəst medalı uğrunda idman mübarizəsi aparmışdır.

1951-ci ildə SSRİ-də Olimpiya Komitəsi yaranır və tezliklə BOK-un üzvlüyünə qəbul edilir. Bundan sonra Sovet idmançıları Olimpiya oyunlarına buraxılırlar. SSRİ yığma komandasının tərkibində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbə və məzunlarının da mübarizəyə qoşulduqlarından XV Olimpiya oyunlarından başlayaraq bu mötəbər yarışlarda iştirak edərək yüksək nailiyyətlər əldə etmişlər.

Sovet atletləri ilk dəfə XV Olimpiya oyunlarında iştirak etmişlər. XV Olimpiya oyunları 1952-ci il iyul ayının 19-dan avqustun 3-ə kimi Finlandiyanını paytaxtı Helsinki şəhərində olmuşdur. Olimpiadanın proqramına idmanın 18 növü daxil edilmişdi. XV Olimpiya oyunları Olimpiya tarixində misli görünməmiş bir iz buraxdı. Bu Olimpiya oyunlarında 69 ölkədən 4925 nəfər idmançı 149 dəst medal uğrunda mübarizə aparmışdır. Sevindirici haldır ki, idmançıların Olimpiya

oyunlarında qazandıqları nailiyyətlərdə idman akademiyasınınn tələbə və məzunlarının da əməyi vardır.

Helsinki Olimpiya Stadionu

Nümayəndə heyətinin tərkibində idman akademiyasınınn tələbə və məzunlarından IV kurs tələbəsi sərbəst güləşçilərimiz-Rəşid Məmmədbəyov (yüngül çəki), İbrahimpaşa Dadaşov və yüngül atlet (uzununa tullanma) Xandadaş Mədətov var idi. Rəşid Məmmədbəyov 1952-ci ildə XV Olimpiya oyunlarında gümüş medala layiq görülmüşdür.

XVI Olimpiya oyunları 1956-cı il noyabr ayının 22-dən dekabrın 8-nə kimi Avstraliyanın Melburn şəhərində olmuşdur. XVI Olimpiya oyunlarında 67 ölkədən 3342 iştirakçı 18 idman növü üzrə 145 dəst medal uğrunda mübarizəyə qoşulmuşdu.

Idman akademiyasının məzunu Yuri Konovalov-XVI Yay Olimpiya Oyunlarının 4x100 m estafet qaçışında gümüş mükafata layiq görülmüşdür.

1960-cı il İtaliyanını Roma şəhərində XVII Olimpiya oyunlarında 83 ölkənin 5348 idmançısı iştirak etmişdir. Bu Olimpiya oyunlarında idman akademiyasınınn tələbə və məzunları şərəfli qələbə qazandılar. 18 idman növü üzrə 150 dəst medal uğrunda mübarizəyə həmin olimpiadada SSRİ-nin tərkibində üç nəfər atlet-Yuri Konovalov, vaterpolçu Yevgeni Saltsin və idman akademiyasınınn yetirməsi basketbolçu Aleksandr Petrov da qoşulmuşdu. 31 yaşlı vaterpolçu Y.Saltsin komanda heyətində gümüş medal əldə etdi. Yevgeni Saltsin 1960-ci il XVII-Roma Olimpiya oyunlarının gümüş mükafatçısıdır. XVII-Roma Olimpiya oyunlarının Y.Konovalov əsasən 4x100 m məsafələrə estafet yarışlarında mübarizə aparımşdır. O, məşqçilərin ümidini doğrultmuş və Olimpiya oyunlarının gümüş medalını qazanmışdır.

XVIII Olimpiya oyunları 1964-cü ildə oktyabr ayının 10-dan 24-nə kimi Yaponiyanın paytaxtı Tokio şəhərində olmuşdur və buraya 94 ölkənin 5140 idmançısı 20 idman növü üzrə 163 dəst medal uğrunda mübarizə aparmağa gəlmişdi. Bu onu göstərirdi ki, Olimpiya oyunları sülh, qardaşlıq, bərabərlik və dostluq naminə bütün dünya xalqlarını öz ətrafına toplayır. Məsələn, Romada 9 sosialist

ölkəsinin idmançıları 172 medal və 1200 xal qazanmışdılar. Tokioda isə 10 sosialist ölkəsinin idmançıları 196 medal və 1344,8 xal qazandılar. İdman akademiyasının yetirməsi Viktor Mineyev 1964-cü il XVIII-Tokio (Yaponiya) Olimpiya oyunlarının çempionu olmuşdur. Tokio Olimpiadasında Azərbaycan idmançılarının tərkibi daha mötəbər oldu. Ən böyük müvəffəqiyyəti beşnövçü Viktor Mineyev qazandı. İdman akademiyasınınn yetirmələri şəxsi hesabda beşinci, komanda birinciliyində isə İ.Novikov və A.Makayev ilə birlikdə güclü rəqibləri-macarları geridə qoymuş və 141,961 xalla birinci yeri tutaraq Olimpiya çempionu olmuşdur. İdman akademiyasının daha bir yetrməsi İnna Rıskal qadınlardan ibarət voleybol komandasında çıxış edirdi. Voleybolçularımız yalnız finalda Olimpiada sahiblərinə uduzaraq gümüş medal qazandılar.

İdman akademiyasının yetirmələri Aydın Əli oğlu İbrahimov 1964-cü ildə Tokio (Yaponiya) şəhərində keçirilən XVIII Olimpiya oyunlarının bürünc mükafatçısı olmuşdur. Nikolay Kuznetsov və Zenon Bortkeviç respublikamızı vaterpol yarışlarında təmsil edirdilər. Onlar Olimpiadadan bürünc medalla qayıtdılar.

XVIII Tokio (1964) (Yaponiya)Yay Olimpiya oyunlarında iştirak edən idmançıların beşi də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunları olmuşlar.

XIX Olimpiya oyunları 1968-ci il oktyabrın 12-dən 27-nə kimi Meksikanın paytaxtı Mexiko şəhərində olmuşdur. Mexiko Olimpiadasında 112 ölkənin 5531 idmançısı 19 idman növü üzrə 172 dəst medal uğrunda mübarizəyə toplanmışdı.

XIX Olimpiya oyunlarında idman akademiyasının üç nümayəndəsi-İnna Rıskal, Vera Lantratova (voleybol) və suya tullanan Nadejda Karpuxina çıxış etdilər. Voleybolçularımız turniri birinci yerlə başa vurub qızıl medallar qazandılar. Sovet komandası Yaponiya idmançıları ilə həlledici görüşdə əla oyun göstərərək 3:1 hesabı ilə qalib gəldi. İnna Rıskal ən yaxşı oyunçu hesab olundu. Vera Lantratova Mexiko şəhərində keçirilən XIX Yay Olimpiya oyunlarının qızıl medalçısı olmuşdur.

XX Olimpiya oyunları 1972-ci ilin avqustun 26-dan 11 sentyabra kimi AFR-in Münhen şəhərində olmuşdur. Burada 121 ölkənin 7123 idmançısı 22 idman növü üzrə 205 dəst medal uğrunda mübarizədə iştirak edirdi. Bu Olimpiadada Sovet idmançıları qalib gəlmişdilər. Onlar 50 qızıl, 27 gümüş, 22 bürünc medal qazanmışdılar. Bu qədər qızıl medalı hələ heç bir komanda Olimpiya oyunlarında qazanmamışdı. Bizim üçün də bu sevindirici hal idi. Belə ki, idman akademiyasının üç idmançısı XX Olimpiya oyunlarını təmsil edirdi. Bunlardan İ.Rıskal (voleybol), qısa məsafələrə qaçan Aleksandr Kornelyuk və üzgüçü Vladimir Krivtsov iştirak etmişdir. A.Kornelyuk 4x100 (24 komanda arasında) məsafəyə estafet qaçışında V.Loveçki, Y.Silov, V.Borzov ilə birlikdə 38,50 san. nəticə göstərərək gümüş medal almışdır.

Olimpiadada voleybol üzrə finalda SSRİ-Yaponiya komandaları görüşmüşlər. Qızlarımız çətin qələbə qazandılar-3:2. İ.Rıskal ikiqat olimpiya çempionu oldu.

XXI Olimpiya oyunları 1976-cı il iyul ayının 17-dən avqustun 1-nə kimi Kanadanın Monreal şəhərində olmuşdur. Burada 92 ölkənin 6028 idmançısı 25 idman növü üzrə 198 dəst medal uğrunda mübarizədə iştirak edirdi. XXI Olimpiya

oyunlarında SSRİ yığma komandasında idman akademiyasının idmançıları - İnna Rıskal (voleybol), həndbolçular Rəfiqə Şabanova, Lyüdmila Şubina çıxış edirdilər. Bu, İ.Rıskalın olimpiadalarda dördüncü startı idi. Voleybolçu qadınlarımız uğurla çıxış edərək finala çıxmışlar. Finalda yaponlara uduzaraq Olimpiya oyunlarının gümüş mükafatçısı oldular.

Həndbol komandamız daha böyük müvəffəqiyyət qazanaraq (Lyüdmila Şubina və Rəfiqə Şabanova) olimpiya çempionu oldu.

XXII Olimpiya oyunları 1980-ci ildə iyulun 19-dan 3 avqusta kimi Moskva şəhərində olmuşdur. Burada 80 ölkənin 5217 idmançısı (onlardan da 1134-ü qadın idi) 21 idman növü üzrə 203 dəst medal uğrunda mübarizə aparmışdır.

İdman akademiyasının yetirmələrindən Larisa Mixaylovna Savkina 1980-ci ildə XXII Moskva Yay Olimpiya oyunlarının çempionu olmuşdur.

XXII Olimpiya oyunlarında İdman akademiyasının idmançılarından həndbolçu Larisa Savkina qızıl, xokkeyçi Tatyana Şviqanova bürünc, avarçəkənlər Vasili Yakuşa, Viktor Pereverzev, Gennadi Kryuçkin gümüş medal əldə etdilər. Bu idman akademiyası yetirmələrinin böyük müvəffəqiyyəti idi.

Ot üstündə xokkey idmanı Olimpiya oyunlarında ilk dəfə keçirildiyinə baxmayaraq idman akademiyasının məzunu Tatyana Şviqanovanın bürünc mükafatı Azərbaycanda idmanın bu növünün inkişaf etdirilməsinə daha çox maraq yaratdı.

XXIV Olimpiya oyunları idman akademiyasının idmançıları üçün də valehedici olmuşdur. SSRİ yığma komandasının tərkibində Seula gedən idman akademiyasının 19 yetirməsi ümumi komandada qələbəyə layiqli töhvə vermişlər.

Onlar yarış meydanlarında 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanaraq olimpiadalar tarixində ən yüksək nəticə göstərmişlər.

Futbolçu İqor Ponamaryov qılıncoynadan İlqar Məmmədov və Boris Koretski ilk dəfə olimpiadanın ən yüksək mükafatına-qızıl medala layiq görüldülər. Avarçəkənlərdən Vasili Yakuşa iki nəfərlik qayıq sürmək yarışlarında bürünc medal, Aleksandr Lukyanov isə 8 nəfərlik heyətin tərkibində gümüş medal qazanmışlar. Həndbolçu qızlarımızdan Elina Quseva bürünc medal almışdır. Tennisçi V.Popova isə fəxri VI yeri tutdu.

Dostluq-84 ABŞ-ın Moskvada keçirilmiş əvvəlki 1980 Olimpiya Oyunlarını boykot etməsinə cavab olaraq, Dostluq 84 alternativ yarışını təşkil edən SSRİ və əksər sosialist ölkələri (Çin, Rumıniya və Yuqoslaviya istisna olmaqla) boykot edildi. Boykotun rəsmi səbəbi, olimpiada təşkilatçılarının SSRİ və Varşava Paktının digər ölkələrindən olan idmançılara təhlükəsizlik zəmanəti verməkdən imtina etməsi idi.

Olimpiya Xartiyasının Amerika tərəfi tərəfindən kobud şəkildə pozulduğuna, SSRİ nümayəndə heyəti üçün lazımi təhlükəsizlik tədbirlərinin görülməməsinə və ABŞ-da başlayan anti-sovet kampaniyasına görə sovet idmançılarının Los-Anceles Olimpiya Oyunlarında iştirakını düşünmək yersizdir ... - KPSS Komitəsi K. Çernenkonun imzaladığı qətnamədən (5 may 1984-cü il). illər).

SSRİ milli komandası, eləcə də kifayət qədər mükafat tələb edən digər milli sosialist düşərgə komandaları (GDR, Macarıstan, Bolqarıstan, Kuba) olmadığı təqdirdə ABŞ milli komandası qeyri-rəsmi medal xallarını böyük bir fərqlə qazandı. Los-Ancelesdəki Amerika idmançıları 83 qızıl, 61 gümüş və 30 bürünc medal qazandılar ki, bu da ən yaxın təqibçinin - Rumıniya komandasının nəticəsindən (20-

16-17) üç dəfə çoxdur. Üçüncü pillədə - Almaniya komandası (17 qızıl medal). Dördüncü pillədə isə uzun fasilədən sonra (15 qızıl medal) Olimpiadada debüt edən Çin komandası yer alıb.

Beləliklə, amerikalılar 1980-ci ildə Moskvada SSRİ milli komandasından 3 qızıl medal qazandılar (mükafatların ümumi sayına görə, amerikalılar Sovet milli rekorduna görə 21 medal itirdilər). Amerikalılar üçün qızıl mükafatların sayına görə rekord Olimpiya Oyunları tarixindəki ən yüksək nailiyyət olaraq qalır və yaxın gələcəkdə sındırılması ehtimalı azdır.

SSRİ və ABŞ-ın Olimpiya oyunlarını iki qarşılıqlı boykot etməsi nəticəsində, Ted Turnerin təşəbbüsü ilə, indi dayandırılmış xoşməramlı oyunlar yarandı. BOK-un Nizamnaməsi, BOK-un o vaxtkı prezidenti Samarançın təqdimatı ilə bir və ya bir neçə gələcək Olimpiada üçün müvafiq komandanın diskvalifikasiyasına, üzvlüyünün dayandırılmasına və ya ölkənin Beynəlxalq Olimpiya Komitəsindən tamamilə çıxarılmasına qədər boykot etməyə çalışacaq bir ölkənin MOK-a qarşı ciddi sanksiyalar barədə əlavə maddələr əlavə etdi.

Dostluq-84” yarışlarda dünyanın 50-dən yuxarı ölkəsinin nümayəndəsi 28 olimpiya idman növü üzrə mübarizə aparmışdır. 12 dünya və 72 olimpiya rekordundan yüksək nəticələr göstərilmişdir. Fərəhli haldır ki, "Dostluq-84” yarışlarının təşkilat komitəsinin sədri xalqımızın ümummilli lideri Heydər Əliyev olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dediyi kimi: "Olimpiya Oyunları təkcə idman yarışı deyil, həm də böyük siyasətdir. Olimpiya Oyunları böyük bir idman hadisəsidir və deyə bilərəm ki, dünya miqyasında çox böyük ictimai hadisədir.

Həmin yarışlarda Sovet komandasının tərkibində Azərbaycan nümayəndələri də iştirak etmişdir. Özü də çox uğurla. İdman akademiyasının yetirməsi Esmira Əsgərova (Vahabzadə) Çexoslovakiyada keçirilmiş həmin oyunların çempionu olmuş, qadınlardan ibarət SSRİ-nin yığma həndbol komandasının tərkibində qızıl medal almışdır.

"Dostluq-84” yarışlarının qəhrəmanlarından biri də bizim məşhur üzgüçümüz İdman akademiysının yetirmələrindən Tatyana Kurnikova olmuşdur. O, Moskvada "Olimpiyski" hovuzunda bir qızıl və iki gümüş medal qazanmışdır. Digər idmançımız, stend atıcısı Valeri Timoxin nişangahında SSRİ yığma komandası heyətində olmuşdur. Krılatski avarçəkmə kanalında isə respublikamızı akademik qayıqlarda avarçəkmə ustalarımız təmsil etmişdir.

Barselonada XXV Olimpiya oyunlarının açılışı 25 iyul 1992-ci ildə olmuşdur. İlk dəfə olaraq olimpiadada Azərbaycanın üçrəngli bayrağı da dalğalanmışdır. Müstəqil Azərbaycan nümayəndələrinin iştirakı ilə cüdo, qılınc oynatma (rapira), stend atıcılığı və idman gimnastikası yarışları keçirilmşidir. Həmin oyunlarda idman akademiyasının dörd idmançı ilk dəfə olaraq müstəqil Azərbaycanın nümayəndələri kimi olimpiadada iştirak etmək xoşbəxtliyi nəsib olmuşdur. Olimpiya oyunları 183 milli olimpiya komitəsini özünə cəlb etmişdir.

XXV Olimpiya oyunlarında idman akademiyasının yetirmələri cüdoçu Nazim Hüseynov, gimnast Valeri Belenki qızıl medal almışlar. Qılınc oynadan İlqar Məmmədov və stend atıcısı Valeri Timoxin isə öz imkanlarından aşağı çıxış etmişdilər.

1996-cı ildə 197 ölkənəinn iştirak etdiyi Atlanta Olimpiya Oyunlarında Atlanta Olimpiadasında 197 ölkədən 10788 idmançı iştirak edirdi. Burada idmanın 26 növü üzrə 271 medal dəsti uğrunda mübarizə aparırdılar. İdman akademiyasının yetirmələri bu nyarışlarda 4 nəfər yüngül atlet (Elvira Cabbarova, Arif Axundov, Vasif Əsədov, Aleksey Fatyanov), 2 nəfər yunan-Roma güləşçisi (Vilayət Ağayev və Tahir Zahidov), 6 nəfər sərbəst güləşçi (Namiq Abdullayev, Arif Abdullayev, Eyvaz Allahverdiyev, Məmmədsalam Hacıyev, Məhəmməd İbrahimov, Davud Məhəmmədov), 2 cüdoçu ( Nazim Hüseynov, Zülfiyyə Hüseynova), 2 boksçu (Ədalət Məmmədov, İlham Kərimov), 2 ağır atlet (Asif Məlikov, Tofiq Heydərov),

qılıncoynadan Elxan Məmmədov, üzgüçü Emin Quliyev, suya tullanan Emin Cəbrayılov, atıcılıq idmanı üzrə İradə Aşumova və Sergey Timoxin təmsil edirdilər.

İdman akademiyasının yetirməsi ən yüngül çəkili güləşçisi, ikiqat Avropa çempionu Namiq Abdullayev isə ona olan ümidləri doğrultdu. Onun qazandığı gümüş medal Azərbaycan pəhləvanlarının Olimpiya oyunlarında sərbəst güləş üzrə qazandıqları ikinci, müstəqil Azərbaycan bayrağı altında əldə edilmiş birinci medal idi. Atlanta Olimpiya Oyunlarında 23 idmançı ilə təmsil olunan Azərbaycan komandası 197 ölkə arasında 61-ci yeri tutdu.

XXVII Yay Olimpiya Oyunları, Sidney – 2000 Yay Olimpiya Oyunlarında Azərbaycan müstəqil dövlət kimi ikinci dəfə olimpiadada iştirak edirdi. Ölkəmiz Sidneydə 31 idmançı ilə təmsil olunurdu. İdman akademiyasının idmançıları cüdo, üzgüçülük, atıcılıq, boks, yüngül atletika, ağırlıqqaldırma, suyatullanma və güləş yarışlarında güclərini sınayırdılar. Atletlərimiz cüdo, boks, güləş, atıcılıq yarışlarında uğurlu nəticələr göstərdilər. Azərbaycan komandasına ilk medalı qadınlar arasında stend atıcılığı yarışlarında Zemfira Meftahəddinova qazandırdı. Onun çıxış etdiyi idman növü ilk dəfə olaraq Olimpiya oyunlarının proqramına daxil edilmişdi. Zemfira bu növdə iki Olimpiya rekordu müəyyən etdi. Ölkəmizə ikinci qızıl medalı Atlanta oyunlarının gümüş mükafatçısı, güləşçi Namiq Abdullayev gətirdi.

Sidney-2000 Yay Olimpiya Oyunlarında Azərbaycan boksunun səlnaməsinə də ilk Olimpiya medalı yazıldı. 19 yaşlı gənc boksçu Vüqar Ələkbərov bürünc medala sahib oldu.

Azərbaycan komandası tərkibində idman akademiyasının yetirmələrindən cüdo idman növündə dörd idmançı - qadınlar arasında Zülfiyyə Hüseynova (57 kq), kişilər arasında Elçin İsmayılov (60 kq), Mehman Əzizov (81 kq), Rəsul Səlimov (90 kq) ilə təmsil olunurdu. Lakin təəssüf ki, cüdo yarışlarında medal əldə olunmadı. İki qızıl və bir bürünc medal olan Azərbaycan medal alan ölkə arasında 34-cü yeri, Avropa ölkələri arasında isə 23-cü yeri tutdu. Azərbaycan idmanı Sidney sınağından zəfərlə çıxdı.

Əgər 1996-cı ildə 197 ölkənəinn iştirak etdiyi Atlanta Olimpiya Oyunlarında Azərbaycan bir güimüş medalla 61-ci yeri tutmuşdursa, 2000-ci idə XXVII Yay Olimpiya Oyunlarında idmançılarımız iki qızıl və bir bürünc medal qazanaraq, 199

ölkənin qatıldığı bu Oyunlarda ölkəmiz üçün 34-cü yeri, Avropa ölkələri arasında isə 23-cü yeri təmin etmişlər.

XXVIII Yay Olimpiya Oyunları, Afina – 2004 Olimpiya Oyunları Azərbaycan idmanının yeni şanlı səhifəsini yazdı. 21-ci minilliyin ilk Olimpiya oyunlarında 12 idman növündə 38 idmançı ilə təmsil olunan Azərbaycan milli komandası bu möhtəşəm yarışdan vətənə 1 qızıl, 4 bürünc medalla qayıtdı. Bu oyunlarda BOK-un üzvü olan 204 ölkədən 202-si iştirak edirdi.

Yarışlarda 11039 idmançı 2021 medal, o cümlədən 669 qızıl, 666 gümüş və 686 bürünc medal uğrunda mübarizəyə qoşulmuşdu. Azərbaycan milli komandası 38 idmançı ilə idmanın 12 növündə təmsil olunurdu.

Atletlərimiz XXVIII Yay Olimpiya Oyunlarında 5 medal (1 qızıl, 4 bürünc) qazandılar. Yunan-Roma güləşi üzrə 66 kq çəki dərəcəsində 22 yaşlı idman akademiyasının magistr pilləsini bitirən Fərid Mansurov fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl, atıcılıq üzrə yarışlarda kiçik çaplı tapançadan 25 metr məsafəyə atəş açmada İradə Aşumova və stend atıcılığı üzrə təmsilçimiz, Sidney-2000 Olimpiadasının qızıl mükafatçısı İdman akademiyasının məzunu Zemfira Meftahəddinova Azərbaycan yığmasının hesabına iki bürünc medal yazdırdılar.

Afinada yarımfinala yüksələn ilk Azərbaycan boksçusu Ağası Məmmədovun çəki problemi onu bürünc medalla kifayətlənməyə məcbur etdi. Ölkəmizin aktivinə yazılan 4 bürünc medaldan biri isə digər boksçumuz idman akademiyasının məzunu Fuad Aslanovun payına düşdü.

Pekin- 2008 XXIX Yay Olimpiya Oyunlarında ölkəmiz 12 - güləş (sərbəst güləş (7), yunan-Roma güləşi (6) və qadın güləşi (3)), taekvondo (1), gimnastika (qrup hərəkətləri üzrə komanda 6, fərdi yarışlarda 2), boks (2), atıcılıq (1), atçılıq (1), üzgüçülük (2), cüdo (6), atletika (2) və ağırlıqqaldırma (5) idman növlərində 44 idmançı ilə təmsil olunurdu. Bu yarışda təmsilçilərimiz digər Olimpiya oyunlarından həm idmançıların, həm də qazanılan medalların sayına görə fərqlənirdi. Komandamız Olimpiya oyunlarında ilk dəfə olaraq, hər üç əyarda medallar qazandılar. Maraqlıdır ki, atletlərimiz ilk dəfə olimpiadanın atçılıq yarışlarında və bədii gimnastika üzrə qrup hərəkətlərində qüvvələrini sınadılar. Bundan əlavə, Pekin-2008 qadın güləşçilərimizin mübarizə aparacağı ilk olimpiada kimi tarixə düşdü.

Ölkəmizə Olimpiya qızılını cüdoçumuz idman akademiyasının yetirməsi Elnur Məmmədli (73 kq) qazandırdı. Finala qədər bütün rəqiblərinə vaxtından əvvəl ipponla qalib gələn E. Məmmədli həlledici matçda koreyalı idmançını 13 saniyəyə məğlub edərək 73 kq çəkidə ən güclü oldu. Gümüş medalları yunan-Roma güləşində əldə etdik.

Finala qədər heç bir idmançıya aman verməyən idman akademiyasının yetirmələri Vitali Rəhimov (60 kq) həlledici matçda rusiyalı idmançıya məğlub olaraq, gümüş medal qazandı. Rövşən Bayramov (55 kq) da yunan-Roma güləşində finala qədər bütün rəqiblərini məğlubiyyətə uğratdı. İdmançımız finalda Rusiya təmsilçisinə 6:5 (3:2, 2:2) hesabı ilə uduzaraq 2-ci yerlə barışmalı oldu.

Sərbəst güləşçimiz Xetaq Qazyumovu (96 kq) yarımfinalda Rusiya atleti dayandırdı. Təmsilçimiz bürünc medala layiq görüldü. İlk görüşdə məğlub olsa da, rəqibinin finala qədər irəliləməsi Mariya Stadnikin (48 kq) təsəlli yarışlarda qüvvəsini sınaması ilə nəticələnib. Medal uğrunda yarışda isə zərif cinsin nümayəndəsi qazaxıstanlı idmançını döşəyə çıxmağa peşman etdi. İdman akademiyasının yetirməsi boksçumuz Şahin İmranov (57 kq) da medal qazanan idmançıların siyahısına düşə bildi. Yarımfinala qədər irəliləyən boksçumuz bu mərhələdə döyüşü yarımçıq saxlamalı oldu. Zədələndiyi üçün döyüşə bilməyən təmsilçimiz bürünc medalla kifayətləndi. 1/2 finalda uduzan Mövlud Mirəliyev (100

kq) cüdo yarışında bürünc medal uğrunda polşalı idmançını mübarizədən kənarlaşdırdı.

Beləliklə, Pekində keçirilən XXIX Yay Olimpiya oyunlarında Azərbaycan yığması 7 medalla (1 qızıl, 2 gümüş, 4 bürünc) 204 ölkə arasında medalların sayına görə 27-ci, medalların növünə görə isə 39-cu yeri tutdu.

London-2012 XXX Yay Olimpiya Oyunlarında 204 ölkədən 10 957 idmançı iştirak edirdi. 16 gün ərzində keçirilən möhtəşəm idman tərdbirində 26 idman növündə 302 dəst medal oynanılıb. Bu ölkələrdən 54-ü çempionluq zirvəsinə yüksəlib. Medalçı ölkələr siyahısında 1-ci yeri ABŞ, 2-ci yeri Çin, 3-cü yeri isə Böyük Britaniya tutub.

Azərbaycan Olimpiya yığması 2 qızıl, 2 gümüş və 6 bürünc medalla ümumi hesabda 30-cu pillədə qərarlaşıb.

Azərbaycan Respublikasının dövlət bayrağını London-2012 Yay Olimpiya Oyunlarında Pekin-2008 Olimpiadasının çempionu idman akademiyasının yetirməsi Elnur Məmmədli aparırdı. Azərbaycanın Olimpiya yığmasını 53 üzvü idmanın 16 növündə təmsil olunurdu. Velosiped, avarçəkmə, qadın boksu, idman gimnastikası yarışlarında idmançılarımız ilk dəfə qüvvələrini sınayırdılar.

Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında Azərbaycana ilk medalı ağır atletika üzrə yarışlarda 56 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Valentin Xristov qazandırıb. 286 kq nəticə göstərən idmançımız bürünc medala sahib çıxıb.

London-2012 Olimpiadasında sərbəst güləş üzrə yığmamız 6 çəki dərəcəsində Olimpiya medalları uğrunda yarışırdı. Sərbəst güləş yarışlarında ölkəmizi Toğrul Əsgərov (60 kq), Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74 kq), Şərif Şərifov (84 kq), Xetaq Qazyumov (96 kq) və Cəmaləddin Maqemadov (120 kq) qoruyurdular.

Güləşçilərimizdən Toğrul Əsgərov və Şərif Şərifov Olimpiya çempionu adına layiq görüldülər. Xetaq Qazyumov isə olimpiadanın bürünc mükafatını qazandı. Beləliklə, sərbəst güləş üzrə Azərbaycan komandası London Olimpiadasını 2 qızıl və 1 bürünc medalla başa vurdu. Sevindirici haldır ki, sərbəst güləş üzrə Azərbaycan yığması dünyanın aparıcı ölkələrini qabaqlayaraq ABŞ-la birgə 1-ci yeri tutdu.

London-2012 Olimpiadasının qızıl medalını 20 yaşı tamam olmamış alan Toğrul Əsgərov həm də ən gənc çempion kimi Olimpiya tarixinə düşdü.

Yunan-Roma güləşi üzrə yarışlarda yığmamızın 2 üzvü idman akademiyasının yetirmələri Rövşən Bayramov (55 kq) ikinci, Emin əhmədov (74 kq) üçüncü yeri tutdular. Bununla komandamız London-2012-də yunan-Roma güləşi üzrə yarışlarda 5-ci pillədə qərarlaşdı.

Qadın güləşi üzrə yarışlarda Mariya Stadnik (48 kq) gümüş, Yuliya Ratkeviç (55 kq) bürünc medala sahib çıxdı. Bununla da ölkəmiz qadın güləşi yarışlarında 3-cü oldu. Ümumilikdə, olimpiadanın güləş proqramında 18 dəst medal uğrunda 13 atletimiz yarışdı. Güləşçilərimiz ümumitlikdə 2 qızıl, 2 gümüş və 3 bürünc medalla mükafat qazanan 29 ölkə arasında 4-cü oldular. Beləliklə, Azərbaycan Olimpiya yığması ümumilikdə, London-2012-də 10 medal (2 qızıl, 2 gümüş və 6 bürünc) qazanaraq yarışları medalçılar siyahısında 30-cu pillədə başa vurdular.

Azərbaycan idmançıları 2012-ci ildə (XXX London) 204 ölkə arasında 30-cu yeri tutdu: - medal sayına görə 25-ci, xal hesabına görə 27-ci, qızıl əyarına görə isə medal qazanan 85 ölkə arasında 30-cu yeri tutmuşdur. Eyni zamanda, Avropa ölkələri arasında 15-ci, MDB ölkələri arasında 5-ci, İslam ölkələri arasında 3 –cü, - Qafqaz ölkələri arasında 1-ci, qadın güləşçilərimiz isə dünya 3-cüsü olub.

Rio-2016 XXXI Yay Olimpiya Oyunları Azərbaycan idmanı üçün əlamətdar və yaddaqalan olub. Avqustun 5-dən 21-dək Rio-de-Janeyronun dörd rayonunda - Deodoro, Barra, Kopakabana və Marakanada keçirilən Olimpiadada 306 yarış keçirilib və ümumilikdə 2102 medal sahiblərinə təqdim olunub. XXXI Olimpiadada rekord sayda - 206 ölkədən 11 mindən çox idmançı mübarizə aparıb. İştirakçı ölkələrdən başqa, Olimpiya qaçqın idmançılar komandası da iştirak edib. Olimpiya bayrağı altında mübarizə aparan bu komandanın tərkibində 10 idmançı yer alıb. Olimpiadaya ən çox idmançı ilə təmsil olunan ölkə ABŞ komandası olub. Bu ölkə dördilliyin zirvə yarışına 554 idmançı ilə qoşulub. Okeaniya ölkəsi olan Tuvalu isə Olimpiadaya cəmi bir idmançı – 100 metr məsafəyə qaçış yarışında atlet Etimoni

Timuani ilə təmsil olunub. Kosovo və Cənubi Sudan isə Olimpiadada ilk dəfə çıxış edib.

XXXI Yay Olimpiya Oyunlarında atletlər idmanın 39 növü üzrə mübarizə aparıblar. Qolf 112, reqbi isə 92 illik fasilədən sonra yenidən Olimpiya Oyunlarının proqramına salınıb. Bütün yarışlar 37 arenada təşkil olunub. Olimpiadada iştirak edən ölkələrdən yalnız 87-si müxtəlif əyarlı medallar qazana bilib. Olimpiya Oyunlarında iştirak edən Azərbaycan atletləri 1 qızıl, 7 gümüş və 10 bürünc olmaqla 18 medal qazanaraq bu möhtəşəm yarışı medal qazanan ölkələr arasında 39-cu pillədə başa vurublar. Bu göstəricidə Gürcüstandan geri qalan ölkəmiz Belarus, Türkiyə və Ermənistandan önə keçib. Medal sayında isə Azərbaycan Yeni Zelandiya ilə birgə 14-15-ci yerləri bölüşürüb.

Qeyd edək ki, Azərbaycan yığma komandası XXXI Yay Olimpiya Oyunlarında əvvəlki olimpiadalarla müqayisədə daha geniş tərkibdə – idmanın 18 növü üzrə 56 idmançı (57 lisenziya) təmsil olunub. Bu, London-2012 Yay Olimpiya Oyunları ilə müqayisədə 4 idman növü çoxdur. Ölkəmiz triatlon, kamandan oxatma, velosiped və kanoe-slalom idman növlərində ilk dəfə təmsil olunub. Olimpiadada ölkəmizi təmsil edən 56 idmançıdan 36-sı ilk dəfə Olimpiya Oyunlarında iştirak edib. Rio-de-Janeyroda Azərbaycan güləş, gimnastika və boks yarışlarında olmaqla 3 hakimlə də təmsil olunub. Komandamıza yeganə qızıl medalı taekvondoçu Radik İsayev qazandırıb. Sərbəst güləşçilər Toğrul Əsgərov, Xetaq Qazyumov, boksçu Lorenzo Sotomayor, idman akademiyasının yetirmələri cüdoçular Rütəm Orucov və Elmar Qasımov, qadın güləşçimiz Mariya Stadnik və kanoeçi Aleksandr Demyanenko yalnız final görüşlərində uduzaraq gümüş medala sahib olublar.

Taekvondo yarışlarında Milad Beiqi Harçeqani və Patimat Abakarova, boksçu idman akademiyasının yetirmələri Kamran Şahsuvarlı, güləşçilər Rəsul Çunayev, Hacı Əliyev, Cəbrayıl Həsənov və Sabah Şəriəti, Nataliya Sinişin, Şərif Şərifov, avarçəkən İnna Osipenko-Radomskaya isə bürünc medalla kifayətləniblər.

Olimpiadada hesabında 121 medal (46 qızıl, 37 gümüş və 38 bürünc) olan ABŞ birinci olub. Böyük Britaniya 67 medalla (27 qızıl, 23 gümüş, 17 bürünc) ikinci, Çin 70 medalla (26 qızıl, 18 gümüş və 26 bürünc) üçüncü pillədə yer alıb.

Tokionun XXXII Yay Olimpiya Oyunlarına ev sahibliyi etməsi haqqında qərar 2013-cü il sentyabrın 7-də BOK-un Argentinada keçirilən 125-ci sessiyasında qəbul olunub. Yaponiyanın paytaxtı səsvermədə İstanbul və Madrid şəhərlərini qabaqlayıb. Tokioda 1964-cü ildə də Yay Olimpiya Oyunları keçirilib.

İlk onluğu Rusiya (19-18-19), Almaniya (17-10-15), Yaponiya (12-8-21), Fransa (10-18-14), Cənubi Koreya (9-3-9), İtaliya (8-12-8) və Avstraliya (8-11-10) tamamlayıb.

Tokio 2020 XXXII Yay Olimpiya Oyunlarına ev sahibliyi etməsi haqqında qərar 2013-cü il sentyabrın 7-də BOK-un Argentinada keçirilən 125-ci sessiyasında qəbul olunub. Yaponiyanın paytaxtı səsvermədə İstanbul və Madrid şəhərlərini qabaqlayıb. Tokioda 1964-cü ildə də Yay Olimpiya Oyunları keçirilib.

Pandemiya ilə əlaqədar azarkeşlərsiz keçirilən "Tokio-2020”nin açılış mərasiminin komandaların paradı hissəsində nümayəndə heyətləri məhdud tərkibdə iştirak etmişlər. Dördilliyin zirvə yarışının açılış mərasimi Tokio Olimpiya Stadionunda keçirilib.

XXXII Yay Olimpiya Oyunlarının ötən il iyulun 24-dən avqustun 8-dək keçirilməsi planlaşdırılırdı. Lakin dünyanı cənginə alan koronavirus pandemiyası ilə əlaqədar BOK 2020-ci il martın 24-də Olimpiadanın bir il təxirə salınması barədə qərar qəbul etdi. Cari il martın 30-da Olimpiadanın yeni tarixi müəyyənləşib.

Tokio-2020 Olimpiya Oyunlarında 204 Milli Olimpiya Komitəsindən 11 min atlet idmanın 33 növü üzrə 339 dəst medal uğrunda mübarizə apardı. Proqrama karate, sörfinq, dırmanma və skeytbordinq yeni daxil edilib. Medalların sayı ötən Olimpiada ilə müqayisədə 33 dəst çoxdur.

Tokio-2020 XXXII Yay Olimpiya Oyunlarında 93 ölkənin idmançıları 339 dəst medala sahib çıxıblar. Medal qazanan ölkələrdən 65-i olimpiadada çempionluq sevinci yaşayıb. Olimpiada ərzində Çin birinci olsa da, Oyunların son günündə ABŞ komandası qazanığı medalların hesabına asiyalıları üstələyib. Beləliklə, ABŞ millisi Tokio-2020-ni 113 medalla (39 qızıl, 41 gümüş, 33 bürünc) birinci pillədə tamamlayıb. 38 qızıl, 32 gümüş və 18 bürünc medal əldə edən Çin Tokio-2020-ni 2-ci yerdə başa vurub. Olimpiadanın ev sahibləri Yaponiya komandası isə 3-cü olub. "Gündoğar ölkə” təmsilçisinin aktivində 27 qızıl, 14 gümüş və 17 bürünc medal var. Rusiya Olimpiya Komitəsinin komandası isə Olimpiya Oyunlarını 71 medalla başa vurub. Bu medallardan 20-si qızıl, 28-i gümüş, 23-ü isə bürüncdür. Qardaş ölkə Türkiyə millisi isə olimpiadada 13 (2 qızıl, 2 gümüş, 9 bürünc) medala sahib çıxıb. Azərbaycan olimpiyaçıları isə Tokio-2020-ni 3 gümüş, 4 bürünc medalla başa

vurublar. Komandamız bu nəticə ilə olimpiadada 67-ci yeri tutub. Olimpiyaçılarımız Sidney 2000-dən bu yana ilk dəfə yarışları "qızıl"sız tamamlayıb.

Gümüş medalların 2-si karate, 1-i güləş, bürünc mükafatlardan isə 2-si güləş, 1-i cüdo, 1-i boks yarışlarında qazanılıb.

Karateçilərimizdən Rafael Ağayev (kumite, 75 kq) və İrina Zaretska (kumite, +61 kq) təkcə finalda uduzaraq gümüş medallara sahib olublar. Digər gümüş medalın sahibi sərbəst güləşçi Hacı Əliyevdir.

Yunan-Roma güləşçilərimizdən Rafiq Hüseynov (77 kq) və qadın güləşçimiz Mariya Stadnik (50 kq) Olimpiadanı bürünc medallarla başa vurublar. Ölkəmizin aktivinə digər bürünc medalları cüdoçu İrina Kindzerska (+78 kq) və boksçu Alfonso Domingez (81 kq) yazdırıblar. Komandamız bu nəticə ilə medal sıralamasında 67-ci yeri tutub.

Azərbaycan idmançıları 1964-cü ildə XVIII Tokio (Yaponiya)Yay Olimpiya oyunlarında 5 idmançı iştirak etmiş, 5 medal qazanmışlar (1 qızıl, 1 gümüş və 3 bürünc) Onlardan: V.Amineyev (beşnövçülük) qızıl, I.V.Rıskal (voleybol) gümüş, Z.Bortkeviç (vaterpol), N.Kuznetsov (vaterpol) və A.Ə.İbrahimov (sərbəst güləş) bürünc medal qazanmışlar. XVIII Tokio (Yaponiya)Yay Olimpiya oyunlarında iştirak edən idmançıların beşi də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunları olmuşlar.

Tokio Yay Olimpiadasında ölkəmizi 44 idmançı təmsil etmişdir. Onlar 40 lisenziya qazanaraq 14 idman növündə - cüdo, güləş, bədii gimnastika, idman gimnastikası, karate, boks, taekvondo, yüngül atletika, güllə atıcılığı, qılıncoynatma, veloidman, badminton, üzgüçülük və triatlonda - çıxış etmidilər.

Qeyd edək ki, müstəqil ölkə kimi 7 Yay Olimpiya Oyunlarına qatılan Azərbaycan yarışları ən yaxşı halda 32-ci yerdə tamamlayıb. Bu, London 2012-yə təsadüf edib. Həmin Olimpadada idmançılarımız 2 qızıl, 2 gümüş, 5 bürünc medal qazanıb.

Azərbaycan üçün bu, 2004-cü ildə Afinada keçirilən Olimpiya Oyunlarından bəri ən az sayda Olimpiya lisenziyasıdır, o vaxt idmançılarımız 38 lisenziya qazanmışdılar. 2008-ci ildə Pekində azərbaycanlı idmançılar 44, 2012-ci ildə Londonda 53, 2016-cı ildə Rio-de Janeyroda 56 lisenziya qazanıblar. 1996-cı ildən bəri olimpiadalarda idmançılarımız 43 medal qazanıblar ki, bunun da 7-si qızıl, 11-i gümüş, 25-i isə bürüncdür.

Azərbaycan idmançıları Yay Olimpiya Oyunlarında 1952-ci ildən 1988-ci ilədək SSRİ-nin, 1992-ci ildə isə Müstəqil Dövlətlər Birliyinin yığma komandasının tərkibində çıxış etməli olmuşlar. Bu dövr ərzində 48 idmançımız 10 Olimpiadada iştirak etmiş, 30 medal qazanmışdır. (Onlardan 12 qızıl, 11 gümüş və 7 bürünc).

Müstəqillik illərində isə Azərbaycan idmançıları 7 Yay Olimpiya Oyunlarında iştirak etmiş 51 medal qazanmışdır. (Onlardan 7 qızıl, 15 gümüş, 29 bürünc)

Ümumiyyətlə, 18 Yay Olimpiya Oyunlarında (1952-2020-ci illər) Azərbaycan idmançısı iştirak edib. Cəmi 82 medal qazanılmışdır. (Onlardan: 19 qızıl, 26 gümüş və 36 bürünc medal). Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarında Azərbaycan yığması, 35 idmançı ilə 46 idman növü üzrə təmsil olunmuş, 19 medal qazanmışlar (Onlardan 14 qızıl, 1 gümüş, 4 bürünc). (24 avqust-5 sentyabr 2021-ci il)

839 oxunub

InvestAZ