XƏBƏR LENTİ
19 İyul 2025
18 İyul 2025
15 İyul 2025
14 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025



Olimpiya heyətində daha bir COVİD-19 virusu aşkarlanıb
Olimpiya oyunları 13:07 / 25.06.2021
Yaponiyaya gələn Uqanda Olimpiya komandasının ikinci üzvü koronavirus testinin müsbət çıxması səbəbi ilə təcrid edilib. Bildirək ki, bir müddət əvvəl COVİD-19 virusu uqandalı məşqçilərin birində elə hava limanında aşkarlanmışdı. Baxmayaraq ki, həmin məşqçi peyvənd olunub və uçuşdan əvvəl onun koronavirus testi mənfi nəticə verib.
Tokioya gələn bu qrupun tərkibində 9 uqandalı vətəndaş var. Onlar boks, ağırlıqqaldırma, üzgüçülük idman növlərinin təmsilçiləri, eləcə də onların məşqçiləridir. İlk müsbət testin nəticəsindən sonra qrup heyəti mehmanxana otağında təcrid edilib və iyulun 3-dək oranı tərk etmək qadağan edilib.
Məlumata görə, aparılan yeni test nəticəsində daha bir uqandalıda COVİD-19 virusu aşkarlanıb.

44896 oxunub

InvestAZ