XƏBƏR LENTİ
22 Sentyabr 2021
21 Sentyabr 2021
17 Sentyabr 2021
16 Sentyabr 2021
15 Sentyabr 2021
14 Sentyabr 2021
13 Sentyabr 2021



Avropa çempionatı: Pəhləvanlarımız son gündə 2 qızıl və 2 bürünc medala sahib çıxdılar
İdman 17:21 / 20.06.2021
Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatına yekun vurulub.
Altıncı yarış günündə 45 kq, 51 kq, 60 kq, 71 kq və 92 kq-da yer alan yunan-Roma güləşçiləri xalça üzərinə çıxıblar.
Mübarizəyə 1/4 finaldan başlayan Rahim Həsənov çexiyalı idmançıya vaxtından əvvəl qalib gələrək yarımfinala yüksəlib. Gürcüstan pəhləvanından da güclü olan həmyerlimiz adını finala yazdırıb. Həlledici görüşdə ukraynalı rəqibinə elə ilk hissədə qalib gələn R.Həsənov Avropa çempionu olub.
Pərviz Dadaşov 1/8 finalda yerli idmançıya uduzub. Lakin Bolqarıstan güləşçisi finaladək irəlilədiyi üçün millimizin üzvü iyunun 20-də təsəlliverici görüşə çıxıb və Rusiya idmançısını mübarizədən kənarlaşdırıb. Çexiya təmsilçisinin də işini ilk hissədə bitirən Dadaşov bürünc medalı boynundan asıb.
Fərid Xəlilov təsnifat mərhələsində gürcü rəqibi üzərində inamlı qələbə qazanıb. F.Xəlilov Moldova təmsilçisinə də eyni aqibəti yaşadıb. Ermənistan güləşçisini də xalçaya çıxmağa peşman edən Fərid adını yarımfinala yazdırıb. Türkiyədən olan rəqibini də vaxtından əvvəl məğlubiyyətə uğrada güləşçimiz finala adlayıb. F.Xəlilov Macarıstan idmançısıyla həlledici görüşün ilk hissəsində hesabda geri düşsə də, geridönüş edərək qələbə qazanıb və komandamızın hesabına 4-cü qızıl medalı yazıb.
Ruslan Nurullayev debütdə alman həmkarına elə ilk hissədə tam üstünlüklə qalib gəlib. R.Nurullayev Serbiya güləşçisini də xalçadan erkən məyus yola salıb. Ruslan Gürcüstan pəhləvanının da öhdəsindən gəlməklə yarımfinala vəsiqə qazanıb. Finalın bir addımlığında Türkiyə təmsilçisinə uduzan R.Nurullayev bürünc medal görüşündə yerli güləşçiyə tam üstünlüklə qalib gələrək yığmamıza sonuncu - 7-ci medalı qazandırıb.
Cavidan Nuri startda macar rəqibini yolundan kənarlaşdırıb. Ancaq 1/4 finalda belaruslu güləşçiyə məğlub olub.

2034 oxunub

InvestAZ