XƏBƏR LENTİ
15 Noyabr 2025
14 Noyabr 2025
13 Noyabr 2025
12 Noyabr 2025
11 Noyabr 2025
10 Noyabr 2025



AVRO-2020: Avstriya debütanta qalib gəldi
İdman 22:20 / 13.06.2021
Futbol üzrə Avropa çempionatında C qrupunda ilk tura start verilib. Rumıniyanın paytaxtı Buxarestdəki "Milli stadion”da keçirilən matçda Avstriya final mərhələlərinin debütantı Şimali Makedoniya komandası ilə qarşılaşıb. Hesabı 18-ci dəqiqədə Ştefan Layner açıb. Qoldan Bundan 10 dəqiqədə sonra Qoran Pandev Şimali Makedoniya millisinin mötəbər yarışda ilk qolunu vurub. Lakin 78-ci dəqiqədə Mixael Qreqoriç Avstriyanı yenidən hesabda önə çıxarıb. Matçın sonlarında Avstiya növbəti dəfə rəqibini məyus edib. 89-cu dəqiqədə Marko Arnautoviç fərqlənərək, Avstriya yığmasının 3:1 hesablı qələbəsini rəsmiləşdirib.

Qeyd edək ki, C qrupunda ilk turun digər oyunu bu gün Niderland və Ukrayna milliləri arasında olacaq. Bakı vaxtı ilə saat 23:00-da başlanacaq qarşılaşma "Amsterdam Arena"da keçiriləcək.

33644 oxunub

InvestAZ