XƏBƏR LENTİ
03 Noyabr 2025
31 Oktyabr 2025
30 Oktyabr 2025
29 Oktyabr 2025
28 Oktyabr 2025
27 Oktyabr 2025
24 Oktyabr 2025
23 Oktyabr 2025
22 Oktyabr 2025



Avropa Ağırlıqqaldırma Federasiyasına yeni prezident seçildi
İdman 11:40 / 02.04.2021
Avropa Ağırlıqqaldırma Federasiyasının (EWF) yeni prezidenti müəyyənləşib. Rusiyanın paytaxtı Moskvada keçirilən konqresdə bu vəzifəyə türkiyəli Hasan Akkuş seçilib.
Koronavirus pandemiyası ilə əlaqədar bəzi nümayəndələr tədbirə qatılmadığından səsvermə qarışıq formatda təşkil olunub. İştirakçılar kağız bülletenlər vasitəsilə, koqresə qatıla bilməyənlər isə onlayn formada səs veriblər.
Qeyd edək ki, Hasan Akkuşdan başqa, EWF prezidentliyinə daha 2 namizəd var idi. Bunlardan biri qurumun İcraiyyə Komitəsinin üzvü Antoni Konflitti (Moldova), digəri isə Rusiya Ağırlıqqaldırma Federasiyasının prezidenti prezidenti Maksim Aqapitov (Rusiya) idi. Sonradan Aqapitov namizədliyini geri götürüb.

29933 oxunub

InvestAZ