XƏBƏR LENTİ
29 Noyabr 2020
28 Noyabr 2020
27 Noyabr 2020
26 Noyabr 2020



Bu gün Avropa çempionatında 6 cüdoçumuz tatami üzərinə çıxacaq
İdman 10:05 / 19.11.2020
Çexiyanın paytaxtı Praqada start götürən Avropa çempionatının ilk yarış günündə 6 cüdoçumuz mübarizəyə qoşulur.
Qitə çempionatında kişilər arasında 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Nicat Şıxəlizadə moldovalı Vadim Bunesku, Orxan Səfərov italiyalı Manuel Lombardla güclərini sınayacaqlar.
Qadın cüdoçuların yarışında Aişə Qurbanlı kosovalı Distria Krasniqi, Leyla Əliyeva (hər ikisi 48 kq) Katarina Menz, Gültac Məmmədəliyeva (52 kq) gürcüstanlı Tetiana Levytska-Şukvani, Aleksandra-Larisa Florian (57 kq) niderlandlı Sanne Verhagen ilə mübarizə aparacaqlar.
Qeyd edək ki, qitə çempionatında Azərbaycanı ümumilikdə 14 idmançı təmsil edəcək.
Avropa çempionatı noyabrın 21-dək davam edəcək. Qitə birinciliyində 40 ölkədən 345 cüdoçu iştirak edir.


810 oxunub

InvestAZ