XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Dünya Cüdo Turunun dayandırılmasına qərar verilib
İdman 15:28 / 17.11.2020
Beynəlxalq Cüdo Federasiyasının (İJF) İcraiyyə Komitəsi 2020-ci ildə keçirilməsi planlaşdırılan Dünya Cüdo Turunun dayandırılmasına qərar verib.
Oktyabr ayının sonunda Macarıstanda "Böyük dəbilqə” yarışının uğurla təşkilindən sonra IJF ilin sonuna qədər dünya turu çərçivəsində ən azı daha bir turnir keçirəcəyini planlaşdırsa da, bu, baş tutmayıb: Keçirilməsi nəzərdə tutulan yarış Xorvatiyada baş tutacaq Zagreb Qran-Prisi idi. Qlobal sağlamlıq böhranı dünyanın əksər yerlərində şiddətləndiyi və getdikcə daha çox ölkədə COVID-19 virusunun yayılması hamını ciddi tədbirlər görməyə sövq edir. Hazırkı vəziyyətdə yarışların qadağan olunduğu, bəzi hallarda idmançılar üçün məşqlərin belə mümkün olmadığına görə təşkilat Dünya Cüdo Turu yarışlarının təşkilini dayandırmağa qərar verib.
İJF-nin prezidenti Marius Vizer hazırkı pandemiya şəraitində yaranmış vəziyyətə görə təəssüf hissi keçirdiyini bildirib. O, qeyd edib ki, dünya xalqlarının təhlükəsizliyini təmin etmək üçün hökumətlərin səylərinə hörmətlə yanaşılmalıdır. M.Vizer qurumun 2021-ci ilin gələn ilin yanvar ayında Qatarda keçiriləcək "Masters” turnirinin yüksək səviyyədə təşkili üçün səy göstərəcəyini bildirib.
Qeyd edək ki, Azərbaycan komandası bu il Dünya Cüdo Turu çərçivəsində keçirilmiş dörd turnirin hamısında iştirak edib. Belə ki, pandemiya başlamazdan əvvəl Parisdə və Düsseldorfda təşkil edilən "Böyük dəbilqə” ilə yanaşı, Təl-Əviv Qran-Prisi və uzun fasilədən sonra keçirilən Budapeşt "Böyük dəbilqə”sində komandamız bir qızıl, iki gümüş və dörd bürünc medal qazanıblar.
Qeyd edək ki, Azərbaycanın cüdo yığması noyabrın 19-da Praqada start götürəcək Avropa çempionatında iştirak edəcək. Yığmamız qitə çempionatında 14 cüdoçu ilə təmsil olunacaq.


20203 oxunub

InvestAZ