XƏBƏR LENTİ
04 Dekabr 2025
03 Dekabr 2025
02 Dekabr 2025
01 Dekabr 2025
30 Noyabr 2025
29 Noyabr 2025
28 Noyabr 2025



Futbol məşqçiləri üçün vebinar keçirilib  
İdman 14:30 / 14.09.2020
AFFA tərəfindən "Aşağı yaş qrupları üzrə futbolçuların 6 həftəlik hazırlıq planı” adlı vebinar keçirilib. AFFA-nın fitnes və kondisiya layihəsinin rəhbəri Vladimir Mrdakoviç tərəfindən keçirilən vebinarda aşağı yaş qrupu üzrə komandaların məşqçiləri olmaqla 90 nəfər iştirak edib. Vebinarda V.Mrdakoviç postpandemiya dövründə məşqlərdə zədələrdən qorunma, dözümlülük məşqləri, fiziki və funksional dəyişiklik spesifik futbol məşqləri, sürət, güc və çeviklilik məşqləri, gənc oyunçuların meydandakı performansının dəyərləndirilməsi, kiçik oyunlar ilə məşqin zamanının bölünməsi mövzusunda məruzə ilə çıxış edib.

37381 oxunub

InvestAZ