XƏBƏR LENTİ
05 Noyabr 2025
04 Noyabr 2025
03 Noyabr 2025
31 Oktyabr 2025
30 Oktyabr 2025
29 Oktyabr 2025
28 Oktyabr 2025
27 Oktyabr 2025
24 Oktyabr 2025



"Brand Finance": "Tottenhem"in arenası birincidir
İdman 18:19 / 30.07.2020

​ Seçimlərdə əsasən 3 əsas amil - azarkeşlərin oyunlarda iştirakı, matçlardan gələn gəlir və "12-ci oyunçu" olma bacarığı nəzərə alınıb.

Siyahıya İngiltərənin "Tottenhem" klubunun ev oyunlarını keçirdiyi eyniadlı arena başçılıq edir. İkinci pillədə ABŞ-ın "Atlanta Yunayted" komandasına məxsus "Mercedez-Benz" stadionu yer alıb. İlk "3-lüy"ü Uels millisinin matçlarına ev sahibliyi edən "Millenium" arenası tamamlayır.
Rusiya "Zenit"inin rəqiblərini qəbul etdiyi "Qazprom Arena" isə reytinqdə 11-ci yerdə qərarlaşıb. Bu stadion "Stad de Frans", "Emireyts" və "Old Trafford" kimi arenaları qabaqlayıb.​

Dünya ən yaxşı stadionlarının reytinq cədvəli- ilk "10-luq":

1. "Tottenhem Hotspur"

2. "Mercedez-Benz"

3. "Millenium"

4. "Uembli"

5. "Santyaqo Bernabeu"

6. "Nou Kamp"

7. "Feltins Arena"

8. "Alyans Arena"

9. "Vanda Metropolitano"

10. "Yohan Kroyf Arena"


51693 oxunub

InvestAZ