XƏBƏR LENTİ
02 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025
19 İyun 2025



FİDE veteranları unutmur
İdman 13:18 / 30.07.2020

Beynəlxalq Şahmat Federasiyası (FIDE) veteran şahmatçılara illik 50 min avro məbləğində dəstəyini davam etdirir.

Bu barədə FIDE-nin rəsmi saytında məlumat verilib. Belə ki, apreldə bu məbləğdən 35 min avro şahmatın inkişafına töhfə verən veteran idmançılar arasında bölüşdürülüb. FIDE Şurası tərəfindən təyin olunmuş xüsusi komissiya, daha 15 min avronun veteranlar arasında bölüşdürülməsi üçün müraciətlərə baxacaq. Müraciətlərin qəbulu avqustun 10-dək davam edəcək.
Vəsait şahmatın inkişafında böyük əməyi olan, lakin hazırda maliyyə vəziyyəti sabit olmayan və yaşı 65-dən yuxarı şahmatçılar, məşqçilər və mütəxəssislər üçün nəzərdə tutulub.​


32761 oxunub

InvestAZ