XƏBƏR LENTİ
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



Final: «Qara dəniz fırtınası» 9-cu dəfə qopa bilər
İdman 10:52 / 29.07.2020
Bu gün futbol üzrə Türkiyə Kubokunda "Trabzonspor" və "Alanyaspor" komandaları arasında final oyunu keçiriləcək.
Mövsümün İstanbuldakı "Atatürk" Olimpiya Stadionunda təşkil olunacaq son qarşılaşmasını FIFA referisi Ali Palabıyık idarə edəcək. Superliqanın axırıncı turlarında çempionluğu "Başakşehir"ə çata bilməyən "Trabzonspor" ikinci yeri tutub. "Bordo-mavilər" finalda qalib gəlsələr, tarixlərində 9-cu dəfə kuboka sahib olacaqlar.
Çempionatda 5-ci yerlə kifayətlənən "Alanyaspor" isə kubokda ilk dəfə final həyəcanı yaşayacaq.​
Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.
32542 oxunub

InvestAZ