XƏBƏR LENTİ
20 Fevral 2026
19 Fevral 2026
18 Fevral 2026
17 Fevral 2026
13 Fevral 2026
12 Fevral 2026
11 Fevral 2026



AGF-dən açıqlama:​ Nurməhəmməd Hacıyev​ qətldə şahid kimi iştirak edib
İdman 12:42 / 29.06.2020

Azərbaycan Güləş Federasiyası (AGF) sərbəst güləş üzrə milli komandanın üzvü Nurməhəmməd Hacıyevin qətldə ittiham olunaraq axtarışa verilməsinə münasibət bildirib.​ Milliləşən dağıstanlı legionerlə bağlı məsələ nəzarətdədir. İdmançının yaxınlarının AGF-ə verdiyi məlumata görə, təmsilçimiz qətldə birbaşa iştirak etməyib: "Federasiya rəhbərliyi bu hadisədən sonra Nurməhəmməd Hacıyevin yaxınları ilə əlaqə saxlayıb, hadisə haqda məlumat əldə etməyə çalışıb.​ Bizə verilən məlumata görə hadisə ailə-məişət zəminində baş verib. Sadəcə​ N.Hacıyev bu prosesdə şahid kimi iştirak edib, birbaşa cinayətdə iştirak etməyib. Hazırda araşdırma gedir. Prosesin yekunlaşmasını gözləyirik”.

Qeyd edək ki, 97 kq çəki dərəcəsində çıxış edən güləşçi iki həmyerlisi ilə birlikdə qətldə günahlandırılır və bu səbəbdən axtarışa verilib.


35946 oxunub

InvestAZ