XƏBƏR LENTİ
19 İyul 2025
18 İyul 2025
15 İyul 2025
14 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025



Qətldə ittiham olunan güləşçimiz axtarışa verildi
İdman 11:10 / 29.06.2020

Azərbaycan milli komandasının güləşçisi Nurməhəmməd Hacıyev qətldə ittiham olunur. Bunu Dağıstan Daxili İşlər Nazirliyinin rəsmi instaqram səhifəsi açıqlayıb. 24 yaşlı sərbəst üsulla güləşən təmsilçimiz "Daqavtodor” və "Kaspi” Yollar İdarəsinin sabiq rəhbəri Məhəmmədrəsul Ömərovun qohumu Abdulbasir Ömərovun ölümündə təqsirləndirilir. Məlumatda bildirilir ki, N.Hacıyev axtarışa verilən üç şəxsdən biridir: "Aparılan tədbirlər nəticəsində müəyyənləşib ki, bu cinayətin törədilməsi 1995-ci il təvəllüdlü Surakat Asiyatilov, 1994-cü il təvəllüdlü Hüseyn Asiyatilov, 1996-cı il təvəllüdlü Nurməhəmməd Hacıyevlə bağlıdır.​ Adları çəkilən şəxslərin axtarışı barədə rəsmi qərar iyunun 26-da imzalanıb. Həmin vaxta qədər isə yalnız ilkin informasiya olub”.

Qeyd​ edək​ ki, 97​ kq​ çəki​ dərəcəsində çıxış​ edən​ Nurməhəmməd​ Hacıyev​ 2018​ və 2019-cu​ illərdə​ keçirilən​ Avropa​ çempionatlarının​ bürünc,​ Minsk-2019​ II​ Avropa​ Oyunlarının​ gümüş​ mükafatçısıdır.​ O,​ gənclər​ və​ yeniyetmələr​ arasında​ müxtəlif​ turnirlərin​ qalibi​ olub.


26065 oxunub

InvestAZ