XƏBƏR LENTİ
10 İyul 2020
09 İyul 2020
08 İyul 2020
07 İyul 2020



Federasiya yenilənmiş təsnifat sistemini açıqlayıb
İdman 14:09 / 28.05.2020

Ötən həftə yenilənən 2020-ci il yarış təqviminə əsasən, Dünya Badminton Federasiyası növbəti il Tokioda keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarının bu idman növü üzrə təsnifat nizamnaməsinə dəyişikliklər edib.

Dəyişikliklərdə əsas məqsəd koronavirus pandemiyasına görə pozulmuş təsnifat mərhələsini ədalətli şəkildə yeniləməklə idmançıların təxirə salınan Olimpiya Oyunlarında iştirak hüququnu təmin etməkdir. Edilən dəyişikliklər Beynəlxalq Olimpiya və Paralimpiya Komitələri tərəfindən təsdiqlənib.
Dünya Badminton Federasiyasının baş katibi Tomas Lund deyib: "Atletlər Komissiyası ilə sıx və dəyərli məsləhətləşmələr sayəsində Olimpiya və Paralimpiya Oyunlarına ən yaxşı təsnifat sistemini müəyyənləşdirdik. Bu atletlər üçün ən ədalətli həll yoludur və badminton idman növünün COVID-19 pandemiyasının yaratdığı vəziyyətdən çıxarmaq üçün bu turnirlərin təşkili bizim əsas və başlıca vəzifəmiz olacaq. Beynəlxalq turnirlərimizi 2020-ci ilin sonlarına yaxın bərpa etməyi planlaşdırırıqsa, Olimpiya təsnifat prosesinə yalnız 2021-ci ildə, COVID-19 pandemiyasına görə tətbiq edilən səyahət və digər məhdudiyyətlərin aradan götürülülməsi zəmanəti olduqdan sonra başlaya biləcəyik”.
Əvvəlki olimpiya təsnifat dövründə qazanılmış reytinq xalları "Tokio yolu” reytinq cədvəlində saxlanılacaq. Uzadılmış Olimpiya təsnifat dövrü 2021-ci ilin 1-17-ci həftələrini (yanvar-mayın birinci həftəsi) əhatə edəcək və məhz pandemiyaya görə təxirə salınan və ya ləğv olunan turnirlər seçim edilməklə təşkil olunacaq. Yeni olimpiya təsnifat dövründə keçiriləcək turnirlər 2021-ci ilin 17-ci həftəsinədək yekunlaşmalıdır.
Dünya Badminton Federasiyasının 2021-ci ilin yekun yarış təqvimi koronavirus pandemiyasına görə bütün şərtlər nəzərə alındıqdan sonra açıqlanacaq.
Xatırladaq ki, Yay Olimpiya Oyunları 2021-ci ilin 23 iyul-8 avqust tarixlərində keçiriləcək.


1003 oxunub

InvestAZ