XƏBƏR LENTİ
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Qadın boksu: ağ-qara şəkillərə həkk olan tarix
İdman 15:00 / 17.05.2020
İdman keçmişdən bu günümüzə gəlib çatan dəyərlərdən biridir. Əsrlər keçdikcə təkmilləşən idman növləri bu gün müasir səviyyəyə qədəm qoyub. Bir idman növünun tarixini vərəqləyib, araşdırarkən hər dəfə qarşımıza maraqlı faktlar çıxır. Budəfəki araşdırmamız qadın boksuna həsr olunub. Zəriflərin "dəri əlcək" mübarizəsi hələ iki əsr əvvəl daha fərqli olub. Bu fərqlilik günümüzdə hər bir xırdalığı ilə diqqətdən yayınmayıb.
Diqqətçəkən məqamlardan biri, əvvəlki dövrlərdə​ qadın boksunun daha kobud olması ilə əlaqədardır. Belə ki, əvvəlki illərdə qadınlar incə geyimlərində biri-birilərinə vəhşicəsinə yumruq atır, amansızcasına döyüşürdülər. Lakin həmin dövrdə qadın boksu kommersiya xarakteri daşıyırdı. Hətta döyüşlərin bəziləri sirk meydançasında təşkil edilirdi. Bütün bunlara yalnız foto-şəkillərdə rast gəlmək olar. Buradan görünür ki, qadın​ boksu bu müddətdə xeyli dəyişib.​
Həmin foto-məqaləni oxucularımıza təqdim edirik.

1. Karlson bacıları. 1925-ci ildə təşkil olunan "Kök qızların döyüşü” mübarizəsi.
2.​ Şəkildə Hatti Madders adlı qadın əks olunub. O, 1883-cü ildə Böyük Britaniyada ən eybəcər qadın və ağır çəkidə boks üzrə dünya çempionu titulunu qazanan yeganə qadın hesab olunur.
3. Bessi və Minni Qordon. Qordon bacıları kimi tanınan qadınlar, bacarığlarını nümayiş etdirmək üçün ABŞ teatrlarına yollanırlar.
4. Bennett bacıları. 1910-1915-ci illərdə ABŞ-da döyüş nümayiş etdirərək, insanların diqqətini cəlb etməyə çalışırdılar.
5.Təxminən 1890-cı illərə aid edilən boks əlcəklərində məşq edən gənc qadın.
6.​ 1883-cü ilə aid edilən şəkildə Hetti Stuart əks olunub. Qadın boksçu ABŞ ərazisinə səyahət edərək, həm kişi, həm də qadınlarla döyüşürdü.
7. Boka və Kris Durak bacıları. Şəkil 1916-cı ildə Avstraliyada çəkilib.
8. Boks döyüşünə hazırlaşan iki qadın. Şəkil 1895-ci ildə Avstraliyanın Sidney şəhərinin şimalında çəkilib.
9.​ Freyleyn Kussin və Missis Edvards. Qadınlar arasında keçirilən bu mübarizə 1912-ci ildə ABŞ-da təşkil olunub.
10. 1920-ci ildə Berlində boks zalında məşq edən Viki Baum adlı boksçu.
11. 1938-ci ilə aid olan foto.​ Qadınlar damda boks döyüşləri təşkil edirlər.
​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​Hazırladı: Türkay Niftəliyeva

32500 oxunub

InvestAZ