XƏBƏR LENTİ
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026



Öpüşə görə cərimə nəzərdə tutulmadı
İdman 12:07 / 17.05.2020

"Herta" komandasının futbolçuları

Almaniya bundesliqasının 26-cı turunda "Hoffenhaym"la oyunda (3:0) sosial məsafə qaydalarını pozublar.
Berlin təmsilçisinin müdafiəçisi Dedrik Boyata ikinci hissədə rəqibin avtoqolundan sonra sevincini bölüşərkən komanda yoldaşı Marko Qruiçi öpüb. Bəzi digər futbolçular da bir-birilərini qucaqlayıblar.
Mövsüm bərpa olunanda Almaniya Futbol İttifaqı (AFİ) futbolçulara tövsiyə edib ki, qol vurulan zaman sosial məsafəni gözləsinlər, qucaqlaşmasınlar və komanda yoldaşlarını öpməsinlər.
Bəs, "Herta”lı futbolçuların bu addımından sonra AFİ hansısa qərar verəcəkmi?
Qurumdan Almaniya mediasına bildirilib ki, qol sevinci zamanı qaydaların pozulmasına görə hər hansı cəza tətbiq edilməyəcək. Bununla belə, AFİ bir daha bütün oyunçuları sosial qaydalara riayət etməyə çağırıb.


50627 oxunub

InvestAZ