XƏBƏR LENTİ
04 Dekabr 2025
03 Dekabr 2025
02 Dekabr 2025
01 Dekabr 2025
30 Noyabr 2025



Ölkəmizdə futzal yarışları azarkeşsiz keçiriləcək
İdman 14:00 / 11.03.2020

Futzal üzrə Yüksək, Birinci və İkinci liqaların, eləcə də Azərbaycan kubokunun 1/8 final mərhələsinin ilk və cavab oyunlarının azarkeşsiz keçiriləcək. Bu qərar martın 19-dək ölkəmizdə keçiriləcək bütün futzal matçlarına şamil ediləcək.
AFF bu qərarı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında operativ qərargahının tövsiyəsini (Virusun geniş yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan hökuməti tərəfindən aparılan tədbirlərə dəstək olaraq vətəndaşları bir daha adamların sıx toplaşdığı yerlərdən, qapalı məkanlardan uzaq durmağa, xarici ölkələrə, eyni zamanda risk qrupu ölkələrinə səfərlərini təxirə salmağa, vacib səfərlər zamanı isə qoruyucu tədbirlərə maksimum riayət etməyə (qoruyucu tibbi maska, xüsusi qoruyucu eynək, dezinfeksiyaedici vasitələrdən istifadə və s.) çağırır) nəzərə alaraq, eyni zamanda koronavirusun yayılmasının qarşısının alınması sahəsində dövlətin həyata keçirdiyi tədbirlərə dəstək olmaq məqsədi ilə verib.

54110 oxunub

InvestAZ