XƏBƏR LENTİ
09 May 2025
08 May 2025
07 May 2025
06 May 2025



DEPUTATLIĞA NAMİZƏD MURAD FƏRZƏLİYEV SEÇİCİLƏRLƏ BƏRABƏR İMİŞLİDƏKİ ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT ETDİ - FOTO
Gündəm 12:07 / 20.01.2020

79 saylı İmişli seçki dairəsi üzrə deputatlığa namizəd Murad Fərzəliyev 20 Yanvar şəhidlərinin xatirə günü ilə əlaqədar olaraq, seçki qərargahının üzvləri və çoxsaylı seçiciləri ilə birlikdə İmişlidəki Şəhidlər Xiyabanını ziyarət edib. Onlar şəhərin mərkəzində yerləşən seçki qərargahının önündən Şəhidlər Xiyabanına qədər olan məsafəni piyada gediblər. Ziyarətçilər əvvəlcə Azərbaycanın Milli Qəhrəmanı İmamverdi Əliyevin Rayon Polis Şöbəsinin qarşısındakı xatirə lövhəsinin önünə qərənfillər düzərək şəhid polis zabitinin xatirəsini yad etmişlər. Yol boyu onlara çoxsaylı rayon sakinləri də qoşulub. Ziyarətçilər şəhidlərin məzarı üstünə qərənfillər düzərək müstəqilliyimiz və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən bütün şəhidlərimizə rəhmət diləmişlər. Deputatlığa namizəd Murad Fərzəliyev  Şəhidlər Xiyabanındakı Qarabağ uğrunda döyüşlərdə həlak olan şəhidlərimizin yaxınları ilə görüşmüş onların problemləri, arzu və istəkləri ilə maraqlanmışdır.  Ziyarətdən sonra deputatlığa namizəd Murad Fərzəliyev çıxış edərək xalqımızın qəhrəmanlıqlarla zəngin olan tarixində şəhidlərimizin xüsusi yeri olduğunu, Vətənimizin müstəqilliyi və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xalqımızın qəlbində əbədi yaşayacağını bildirib.

53575 oxunub

InvestAZ