XƏBƏR LENTİ
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025



İspaniya-Farer adaları oyunu Ramos üçün yaddaqalan olub
İdman 17:39 / 09.09.2019

"Avro–2020”nin seçmə mərhələsi çərçivəsində keçirilən İspaniya - Farer Adaları (4:0) oyunu ispanların müdafiəçisi Serxio Ramos üçün əlamətdar olub.
Millinin kapitanı İspaniyayığmasınınheyətində keçirdiyi oyunların sayını İker Kasilyasın göstəricisi ilə bərabərləşdirib. Belə ki, S.Ramos milli komandanın heyətində 167-ci dəfə meydana çıxıb. Həmçinin 33 yaşlı futbolçu görüşün 29-cu dəqiqəsində 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək İspaniya millisinin heyətində 21-ci qolunu vurub. Bu göstəriciyə görə o,millinin tarixində 9-cu yerə yüksəlib.
Qeyd edək ki, Avropa komandaları arasında millidə ən çox oyun keçirən futbolçu İtaliya yığmasının qapıçısı Canluici Buffondur (176).


29337 oxunub

InvestAZ