XƏBƏR LENTİ
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026



“Mançester Siti” transferə 1 milyard avrodan çox pul xərcləyib
İdman 15:46 / 09.09.2019


İngiltərənin "Mançester Siti” futbol komandası 2010-ci ildən bəri transferə 1 milyard avrodan çox vəsait xərcləyən ilk klub olub.
Bu barədə Beynəlxalq İdman Araşdırmaları Mərkəzi ("CIES Football Observatory”) açıqlamasında bildirib.
Qurumun açıqlamasına görə, Mançester təmsilçisi 1,014 milyard avro pul xərcləyib. İkinci yerdə Fransanın "Paris Sen-Jermen” komandası (913 milyon avro), üçüncü pillədə isə İspaniyanın "Real Madrid” (903 milyon avro) klubu qərarlaşıb. Digər pillələrdə isə müvafiq olaraq İngiltərənin "Mançester Yunayted” (751), İtaliyanın "Yuventus” (719), İspaniyanın "Barselona” (697), İngiltərənin "Liverpul” (639), İngiltərənin "Çelsi” (561), İspaniyanın "Atletiko Madrid” (550) və İngiltərənin "Arsenal” (498) klubları yer alıblar.
"CIES Football Observatory” 2005-ci ildə yaradılıb. Təşkilatın mənzil qərargahı İsveçrənın Nevşatel şəhərində yerləşir. Mərkəz futbolda statistik göstəricilərin hesablanması işinə baxır və Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) tərəfindən tam dəstəklənir.


34073 oxunub

InvestAZ