XƏBƏR LENTİ
02 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025
19 İyun 2025



Simeone «Real» və «Mançester Siti»ni bəyənmədi
İdman 13:39 / 06.08.2019

Dünya futbolunda xarizmatik fikirlərivə hərəkətləri ilə medianın diqqətini çəkən Dieqo Simeone bu dəfə «Real» və «Mançester Siti» barəsində fikirlər söyləib. «La Nasion» saytının yaydığı məlumatda bildirilir ki, «Atletiko»nun baş məşqçisi hər iki klub barəsində mənfi fikirlər söyləib. O deyib: «Əgər bir bir məşqçi klubdan işləməyə gəlirsə, mütləq həmin klub tarixinə nəzər salmalıdır. Əks halda baş məşqçi orada uzun müddət tab gətirə bilməyəcək. Elə klublar var ki, onun böyük və şərəfli tarixi var. Məsələn, Ayaks. Bu klubun keçmişi və özünəməxsus tərzi var. Orada məşqçi işləmək hər bir mütəxəssis üçün böyük şərəf olar. Bu tərz «Barselona», «Yuventus» və «Atletiko»da da var. Amma «Real»da bu tərzdən əsər-əlamət yoxdur. Çünki hər dəfə heyət yenilənəndə yeni bir tərz formalaşmağa başlayır. Lakin tezliklə bu iş yarmıçıq qalır. Tarixi və tərzi olmayan digər bir klub isə «Mançester Siti»dir. Xosep Qvardiola nə qədər çalışsa da, onlara tərz aşılaya bilmir. İnanmıram ki, o, uzun müddət İngiltərədə qalsın. Pep klubu tərk etdikdən sonra «Mançester Siti» hər şeyə yenidən başlayacaq. Bu mənim şəxsi fikrimdir. Ola bilsin ki, çoxları mənimlə razılaşmasın. Hamının fikrinə hörmətlə yanaşıram. Sizdəndə qarşılğın tələb edirəm. »

29184 oxunub

InvestAZ