XƏBƏR LENTİ
14 Noyabr 2025
13 Noyabr 2025
12 Noyabr 2025
11 Noyabr 2025
10 Noyabr 2025



Zeyd Ələsgərov: "Doğma azarkeşlər önündə çempion olmaq qürurverici hisdir"
İdman 18:59 / 04.10.2025
"III MDB Oyunları mənim üçün ilin son yarışı idi. Bunun üçün də qızıl medal qazanaraq ili yüksək əhval-ruhiyyədə başa vurmaq istəyirdim". 
Bu sözləri Olimpiyadunyasi.com-a III MDB Oyunlarında -60 kq çəki dərəcəsində komandamıza qızıl medal qazandıran Zeyd Ələsgərov bildirib. 
Həlledici görüşdə komanda yoldaşı Röyal Qayıbova qalib gələn cüdoçumuz qələbəni ailəsinə həsr etdiyini deyib. 
"Oyunlarda üç görüş keçirdim. Çətin rəqiblərlə qarşılaşdım. Buna baxmayaraq qızıl medal qazanmağa müvəffəq oldum. Buna qədər Avropa çempionatında qızıl, Avropa Gənclər Olimpiya Festivalında gümüş, dünya çempionatında isə bürünc medal qazanmışdım. Çox istəyirdim ölkəmizdə keçirilən bu mötəbər yarışda da qızıl medal qazanım. Özümə inanırdım və yekunda qızıl medala layiq görüldüm. Doğma azarkeşlər önündə çempion olmaq qürurverici hisdir. Qarşıda gənclər və böyüklər arasında da uğurlarımı davam etdirmək istəyirəm. Ən böyük arzum isə Olimpiya çempionu olmaqdır", - deyə Zeyd Ələsgərov bildirib. 
3345 oxunub

InvestAZ