XƏBƏR LENTİ
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025



Bu gün Çempionlar Liqasında ilk finalçı müəyyənləşəcək
İdman 08:10 / 06.05.2025
Bu gün futbol üzrə yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək. 
İlk oyun günündə "Barselona" klubu İtaliyada "İnter"in qonağı olacaq. "Cüzeppe Meatsa" stadionunda keçiriləcək oyunun start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək. 
Polşalı baş hakim Şimon Marçinyakın idarə edəcəyi oyunda "Barselona" komandası zədə səbəbindən Jül Kündə, Alexandra Balde, Mark Kasado və Mark Bernalın xidmətlərindən yararlana bilməyəcək. "Nerazzurri"nin heyətində isə Benjamin Pavardın adı zədə səbəbindən iştirak ərizəsinə salınmayıb. 
Qeyd edək ki, bu komandalar arasında İspaniyada təşkil olunan ilk oyunda 3:3 hesabı qeydə alınmışdı. 


3517 oxunub

InvestAZ