XƏBƏR LENTİ
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025



Məşhur Formula 1 pilotu həyatla vidalaşdı
İdman 18:14 / 05.05.2025

Keçmiş Formula 1 pilotu Yohen Mass 78 yaşında vəfat edib.

"Olimpiyadunyasi.com" "Autosport"a istinadla xəbər verir ki, martın sonunda təcili yardımla xəstəxanaya çatdırılan Massa həkimlər insult diaqnozu qoymuşdular. Pilot bu gün Kanda dünyasını dəyişib.

Qeyd edək ki, Mass 1973-1982-ci illərdə Formula 1-də "Surtees", "McLaren", ATS, "Arrows" və "March" kimi komandalar üçün yarışıb. 1975-ci ildə Mass İspaniya Qran Prisində bir qələbə qazanıb.



3941 oxunub

InvestAZ