XƏBƏR LENTİ
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025



“Şahin” hərbi-idman oyununun zona birinciliyi keçirilib
İdman 18:52 / 05.05.2025
Lənkəran Olimpiya İdman Kompleksində "Şahin” hərbi-idman oyununun zona birinciliyi keçirilib. Yarışda Cəlilabad rayonunun komandası bütün mərhələlər üzrə ümumilikdə 213 xal toplayaraq birinci yeri tutub. Lerik rayonunun komandası 199 xal toplayaraq ikinci, Lənkəran şəhərinin komandası 163 xalla üçüncü olub.
Bununla da, Cəlilabad rayonunun komandası final mərhələsində iştirak etmək hüququ qazanıb.
Sonda qalib komandalar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif edilib.


2890 oxunub

InvestAZ