Yardımlıda “İdman hamı üçün” layihəsi çərçivəsində tədbir təşkil edilib
İdman 13:21 / 05.05.2025
Yardımlı rayon Sahil stadionunda "İdman hamı üçün” layihəsi çərçivəsində açıq havada kütləvi idman tədbiri təşkil edilib. Tədbirdə 45 nəfər idmançı və 60 rayon sakini iştirak edib. Onlar futbol, voleybol, şahmat, dama, kəndir dartma üzrə nümunəvi çıxışlarda öz güclərini sınayıblar.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayonda idmanın kütləviliyinin təmin edilməsi, sağlam həyat tərzinin təbliği və idmana marağın artırılması məqsədilə keçirilən tədbir rayon sakinləri tərəfindən böyük razılıqla qarşılanıb.
331 oxunub