XƏBƏR LENTİ
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026



Bu gün daha beş cüdoçumuz Avropa çempionatında mübarizəyə başlayır
İdman 08:12 / 25.04.2025

Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə böyüklər arasında Avropa çempionatı davam edir. Yarışların üçüncü günündə yığma komandamızın üç çəki dərəcəsində beş idmançısı tatami üzərinə çıxacaq. Belə ki, -81 kq çəki dərəcəsində 1/16 final mərhələsində Zelim Tçkayev isveçrəli Orelyen Bonferroni ilə qarşılaşacaq. Həmin çəki dərəcəsində mübarizə aparan digər idmançımız Ömər Rəcəbli isə albaniyalı Jon Vrenozi və finlandiyalı Eetu İhanamaki arasında keçiriləcək görüşün qalibi ilə mübarizə aparacaq. -90 kq çəki dərəcəsində 1/16 final mərhələsində Murad Fətiyev IJF təmsilçisi Aleksandr Sidoriklə qarşılaşacaq.-70 kq çəki dərəcəsində isə 1/32 final mərhələsində Günel Həsənli ukraynalı Anna Oleynik-Korniyenko cütünün qalibi ilə, Südabə Ağayeva isə israilli Adelina Novitski ilə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan idmançıları qitə çempionatının ilk iki günündə iki bürünc medal qazanıblar. Həmin medalları yığmamızın aktivinə Əhməd Yusifov (-60 kq), və Rəşid Məmmədəliyev (-73 kq) yazdırıb. 47 ölkədən 414 cüdoçunun iştirak etdiyi fərdi yarışlara aprelin 26-da yekun vurulacaq. Ertəsi gün isə cüdoçular komanda yarışlarında qüvvələrini sınayacaqlar.


13625 oxunub

InvestAZ