XƏBƏR LENTİ
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025



Mədət Quliyev Azərbaycan Velosiped Federasiyasının prezidentliyindən istefa verib
İdman 10:22 / 24.04.2025
Azərbaycan Velosiped Federasiyasının (AVF) prezidenti, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev AVF-in prezidenti vəzifəsindən istefa verib.
Bildirilib ki, istefa qərarı general-polkovnik Mədət Quliyevin hazırda xidmət etdiyi Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini postundakı işinin spesifikliyi ilə əlaqədardır. O, federasiyaya rəhbərlik etdiyi müddətdə ölkədə velosiped idmanının inkişafı istiqamətində bir sıra uğurlu layihələrə imza atıb.
Qeyd edək ki, Mədət Quliyev 2021-ci ilin noyabr ayından etibarən Azərbaycan Velosiped Federasiyasına rəhbərlik edirdi.
3453 oxunub

InvestAZ