XƏBƏR LENTİ
06 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025



Bernardo Silva "Barselona" yolunda
İdman 00:06 / 22.04.2025
"Mançester Siti”nin ulduz futbolçusu Bernardo Silva gələcək karyerası ilə bağlı qərarını verib. İspaniya mətbuatının məlumatına görə, portuqaliyalı yarımmüdafiəçi mövsümün sonunda azad agent kimi "Barselona”ya keçmək istədiyini artıq klub rəhbərliyinə bildirib.
Maraqlısı odur ki, 29 yaşlı futbolçu "Barselona”nın maliyyə çətinliklərini nəzərə alaraq, indiki maaşından daha aşağı məbləğə oynamağa razılıq verib. Silva Kataloniya təmsilçisinin illərdir maraq dairəsində olsa da, transferi bir neçə dəfə alınmamışdı.

3459 oxunub

InvestAZ